İtaliyadan Tbilisiyə xüsusi reyslə 200 nəfər Gürcüstan vətəndaşı gətirilib. Onlar iki həftə karantində saxlanılacaqlar
Paylaşmaq
Paylaşmaq
Georgian Airways aviaşirkətinin iki təyyarəsi Romaya uçub ki, müxtəlif səbəblərdən İtaliyada olan və karantin üzündən evə qayıda bilməyən 200 nəfər Gürcüstan vətəndaşını vətənə gətirsin.
İlk reysin Tbilisi aeroportuna 19:30-da enməsi gözlənilir. 200 nəfərin hamısı karantin altına alınacaq.
Reyslər Gürcüstanın iqtisadiyyat və xarici işlər nazirlikləri tərəfindən təşkil olunub, xərcləri tam şəkildə hökumət ödəyib.
Georgian Airways şirkətinin baş direktoru Roman Bokeriya bildirib ki, İtaliya aeroportlarının bağlı olması səbəbilə Roma aeroportundan iki reys üçün icazə almaq “çox problemli” olub.
Gürcüstanda 15 yeni koronavirus infeksiyasına yoluxma halı təsdiqlənib. Xəstələnənlərin ikisi İrandan gələn Gürcüstan vətəndaşıdır, digərləri isə İtaliyadan qayıdıb və ya oradan qayıdanlarla təmasda olublar. Martın 10-u səhər saatlarına olan məlumata görə, Tbilisinin infeksion xəstəxanasında 30 pasiyent var. Onlardan 14-ü virus pnevmaniyası doğuran koronavirusa yoluxub. Pasiyentlərdən birinin vəziyyəti ağırdır.