İsraildə 1500 il əvvələ aid gürcü kilsəsinin mozaikası aşkarlanıb
Paylaşmaq
Paylaşmaq
Mozaikanın zədələnməmiş qalmış fraqmenti sahilyanı Aşdod şəhərində aparılan qazıntılar zamanı aşkarlanıb, The Jerusalem Post xəbər verir.
Bu, avqustda baş verib. Qazıntıya Tel-Əviv və Leypsiq universitetlərinin professorları rəhbərlik edib.
Bu haqda İsrailin Qədim tapıntılar İdarəsindən indi bildirilib.
Tapılmış mozaika fraqmentində məbədi inşa edən ustanın xatirəsinə həsr olunmuş dörd sətirlik yazı əks olunub. Həmçinin gürcü tarix hesabı ilə məbədin inşaat tarixi də qeyd edilib. Bu tarix e.ə. 539-cu ilə uyğun gəlir.
Aşdod yəhudilərin ən böyük icmasının – Gürcüstan əsillilərin ənənəvi yaşayış məskənidir.
Arxeoloqlar daha əvvəllər də bu ərazidə Bizans dövründə Gürcüstan əsillilərin mövcudluğuna dair izlər aşkarlayıb. Amma tapılmış mozaika müasir İsrail ərazisində gürcü kilsəsinin mövcud olduğuna dair alimlərin səhih sübut əldə etdiyi ilk hadisədir.
Hazırda arxeoloqlar Aşdoddakı qazıntıların davam etdirilməsi üçün vəsait toplayırlar.