Tehran etiraf edib ki, Ukraynanın Beynəlxalq Hava Yolları şirkətinə məxsus göyərtəsində 176 nəfərin olduğu Kiyevə uçan Boinqi İran hərbçiləri səhvən vurub – BBC xəbər verib. Qəza nəticəsində sağ qalan olmayıb.
Təyyarə yanvarın 8-də Tehran beynəlxalq aeroportundan havalanandan bir neçə dəqiqə sonra vurulub. Bu, İran Amerikanın İraq ərazisindəki iki hərbi bazasına raket zərbələri endirəndənbir neçə saat sonra və cavab zərbəsi gözlədiyi zaman baş verib.
İran prezidenti Ruhani öz bəyanatında baş verən hadisəni “dəhşətli səhv” adlandırıb:
“Boinq İran İslam İnqilabı Keşikçiləri Korpusunun məxfi obyektinə yaxınlaşarkən “qəsdsiz” vurulub, hərbçilər onu rəqibin uçan apparatı zənn ediblər”.
İran prezidenti söz verib ki, bütün günahkarlar məsuliyyətə cəlb olunacaq.
Daha əvvəl İran insidentə aidiyyatının olduğunu inkar edirdi və qəza səbəbinin təyyarənin texniki problemlərinin ola biləcəyini bildirirdi.
Tehran aeroportundan havalanandan az sonra İranın zenit raketi ilə səhvən vurulan Ukrayna hava yollarına məxsus təyyarənin sərnişinlərinin əşyaları. 8 yanvar, 2020. Nazanin Tabatabaee/WANA (West Asia News Agency) via REUTERS