Martın 5-də İranAzərbaycana pilotsuz uçuş aparatı ilə zərbə endirib, Naxçıvan Muxtar Respublikasındakı beynəlxalq hava limanı vurulub. APA xəbər agentliyi bildirir ki, İran ərazisindən buraxılan dron hava limanının binasına dəyərək partlayıb.
#JUSTIN: One of the drones launched by #Iran hit one of the terminals at #Nakhchivan#Airport, while several other drones fell in different locations.
Bir neçə hökumətyönlü mediada eyni mətn dərc olunub: “Azərbaycanın İrana qarşı göstərdiyi qonşuluq münasibətlərinə baxmayaraq, İran rejimi əsl mahiyyətini göstərdi. İrana qarşı hərbi əməliyyatlarda öz ərazisinin istifadəsinə icazə verməyən Azərbaycan İran tərəfdən hücuma məruz qaldı”.
Hücumla əlaqədar hava limanının ətrafındakı məktəblər təxliyə edilib.
Photo: APA Photo: APA
“Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır”, – Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. İranın səfiri Müctəba Demirçilu XİN-ə çağırılıb.
Bir gün əvvəl, martın 4-də İranın ballistik raketi Türkiyə istiqamətində buraxılıb. Türkiyənin Müdafiə Nazirliyinin məlumatına görə, raket Suriya və İraq üzərindən keçərək Aralıq dənizinin şərq hissəsində NATO-nun hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Müdafiə raketinin qalıqları Türkiyənin cənub-şərqində yerləşən Hatay vilayətinin Dörtyol rayonu ərazisinə düşüb.
Bu hadisə NATO üzvü və İranın qonşusu olan Türkiyənin genişlənən regional münaqişəyə birbaşa cəlb olunduğu ilk hal olub.
Ankara bəyan edib ki, düşmən xarakterli hərəkətlər baş verəcəyi təqdirdə cavab vermək hüququnu özündə saxlayır və tərəfləri daha da eskalasiyaya səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
Middle East Eye nəşri yayımladığı şərhdə ehtimal edir ki, İran Bakı-Tbilisi-Ceyhan neft kəmərinə hücum edə bilər və bu, Azərbaycan ərazisindən başlaya bilər.