İran nüvə silahı üzrə qərb birliyi ilə sövdələşmədən tam çıxdığını bəyan edib
Paylaşmaq
Paylaşmaq
İrannüvə silahı üzrə qərb birliyi ilə sövdələşmədən tam çıxdığını bəyan edib. Lakin bununla birlikdə, məlumat verib ki, İranın üzərindən sanksiyaların götürüləcəyi təqdirdə əməkdaşlıq davam etdirilə bilər.
Bu saziş 2016-cı ildə uzunmüddətli böhrandan sonra və böyük çətinliklə İranla altı qərb ölkəsi, o cümlədən Rusiya arasında bağlanmışdı. Saziş iqtisadi sanksiyaların tədricən ləğvi qarşılığında İranın hərbi nüvə proqramının inkişafından imtinasını nəzərdə tuturdu.
İndi İran hakimiyyəti özünü bu məhdudiyyətlərdən azad hesab edir. Hərçənd, İran hələlik nüvə silahının istehsalı ilə bağlı heç bir niyyətini ifadə etməyib. Bunu CNNxəbər verir.
Elə həmin gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif özünün “Twitter” hesabında kifayət qədər barışdırıcı tonda məlumat dərc edib.
«Ölkənin üzərindən bütün sanksiyalar götürüldükdən dərhal sonra İran beynəlxalq birliklə işləməyə davam edəcək və JCPOA (nüvə sazişi) çərçivələrinə qayıdacaq» — nazir yazıb.
Nüvə sazişindən çıxmaq qərarı yanvarın 3-də İranda və bütün Yaxın Şərqdə ən nüfuzlu fiqurlardan hesab edilən iranlı general Qasım Süleymaninin öldürülməsinin nəticələrindən biri olub. Onun öldürülməsi barədə əmri ABŞ prezidenti Donald Tramp verib.
Həmin nüvə sazişi ilə bağlı problemlər 2019-cu ilin iyulunda prezident Trampın İranı sazişin pozulmasında ittiham etməsindən, ABŞ-ı İranla nüvə sazişindən çıxarmasından və Tehrana qarşı sərt iqtisadi sanksiyaları bərpa etməsindən sonra başlayıb.
Yüz minlərlə insan Amerika raketi ilə Bağdadda öldürülmüş general Qasım Süleymaninin dəfn mərasimində iştirak edir. 6 yanvar, 2020. Nazanin Tabatabaee/WANA (West Asia News Agency) via REUTERS