İranın Tbilisidəki səfirliyi Gürcüstanın Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
İranın IRNA agentliyinin məlumatına görə, Tbilisi aeroportunun təhlükəsizlik xidməti Tbilisi-İsfahan reysinin bir neçə sərnişinindən hicabı çıxarmağı tələb ediblər.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Kasem bildirib ki, İran səfiri informasiyanı dəqiqləşdirmək üçün Gürcüstana səfər edən bir neçə nəfərlə zəngləşib və bundan sonra Gürcüstanın Xarici İşlər Nazirliyinə və aeroportun Təhlükəsizlik Xidmətinə sərt etiraz notası göndərib.
Bundan başqa, İranın Xarici İşlər Nazirliyinin Konsulluq Departamenti Gürcüstanın Tehrandakı səfirliyinə də etiraz notası göndərərək, səfirdən izahat tələb edib.
“İran həm də Gürcüstan hakimiyyətini bu cür halların təkrarlanmasının qarşısını almağa, aeroportun təhlükəsizlik xidmətini isə hicablı müsəlman qadınlarının ləyaqətinə toxunmamağa çağırıb”, – İranın IRNA agentliyi xəbər verir.
Gürcüstan XİN-i artıq İranın Tbilisi aeroportunda baş verənlərlə bağlı iradlarına cavab verib.
“Tbilisi beynəlxalq aeroportunda gürcü hüquq-mühafizə işçiləri tərəfindən hər hansı qanunsuz, o cümlədən dini hissləri alçaldan əmələ yol verilməyib”, – bu haqda Gürcüstan XİN-də xəbər veriblər.
Qurumun məlumatına görə, Gürcüstan tərəfinə İranın diplomatik kanalları ilə İran vətəndaşlarının bir hissəsinin Tbilisi aeroportunda təhlükəsizlik yoxlaması zamanı İran vətəndaşlarına qarşı hörmətsiz münasibətlə bağlı dedikləri barədə məlumat çatıb.
“Məşumat alınandan sonra Gürcüstan DİN-nin müvafiz xidməti dərhal aviasiya təhlükəsizliyi zabitləri tərəfindən həyata keçirilən sərişinlərin yoxlanması prosedurunu araşdırmağa başlayıb. Həyata keçirilən operativ tədbirlər nəticəsində, “gürcü hüquq-mühafizə işçiləri tərəfindən hər hansı qanunsuz, o cümlədən dini hissləri alçaldan əmələ yol verildiyi müəyyən olunmayıb”, — Gürcüstan DİN-də bildiriblər.
Gürcüstan XİN-i artıq İran tərəfini ilkin yoxlamaların nəticələri barədə məlumatlandırıb. Növbəti dəfə həmin mövzunu Gürcüstan XİN-də İran səfiri ilə görüşdə müzakirə edəcəklər.
Turizm administrasiyasının məlumatına görə, iyul ayı ərzində Gürcüstanda bir milyon xarici olub. Onlardan 179 mini iranlıdır. İran Azərbaycan, Rusiya, Türkiyə və Ermənistandan sonra turistlərin sayına görə beşinci yerdədir.