Mayın 14-də baş tutan Ağsaqqallar Şurası seçkilərində prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Ermənistan Respublikaçılar Partiyası qələbə qazanıb.Yerevanın meri postuna partiya hazırkı mer Taron Marqaryanın namizədliyini irəli sürüb.
Ermənistanın Mərkəzi Seçki Komissiyası gecə seçkilərin ilkin nəticələrini elan edib, nəticələrə əsasən səslər aşağıdakı kimi bölünüb:
Ermənistan Respublikaçılar Partiyası – 71,25% və ya036 səs,
“Yelk” bloku – 21% və ya731 səs,
“Yerkir Tsirani” Partiyası – 7,75% və ya109 səs.
Bununla da, Ağsaqqallar Şurasında yerlərin çoxunu Respublikaçılar Partiyası tutacaq. “Yerevan şəhərində yerli özünüidarə haqda” Qanuna əsasən Yerevan merini məhz Ağsaqqallar Şurası seçməli olduğu üçün də Toran Marqaryan tutduğu vəzifəyə təkrar seçiləcək.
MSK-nın ilkin məlumatlarına görə, mayın 14-də Yerevanın Ağsaqqallar Şurasına seçkilərdə 345.226 nəfər və ya seçicilərin 40,99 faizi səs verib.
Seçkilərdə ikisi müxalif olan üç siyasi qüvvə mübarizə aparıb.
Respublikaçılar Partiyası mer vəzifəsinə hazırkı mer Taron Marqaryanın, “Yelk” bloku isə deputat Nikol Paşinyanın namizədliyini irəli sürüb. Mer postuna həmçinin öz “Yerkir Tsirani” Partiyası ilə hüquq müdafiəçisi, deputat Zarui Postancyan da namizəd idi.
Aprelin 21-dən mayın 12-ə qədər üç namizəd seçkiqabağı kampaniya keçirib, yerevanlılara Yerevanın inkişafına dair öz proqramlarını təqdim edib. Hazırkı mer ənənəvi təbliğata üstünlük verib, səhnədən öz seçicilərini salamlayıb. Qalan iki namizəd isə yeni metodlardan istifadə edib: velosipedlə yürüşə çıxıb, qarajların damına dırmaşıb, şəhəri kabrioletlərlə gəziblər.
Namizədlər arasında debatlar elə də baş tutmayıb. Müxalif siyasətçilər Nikol Paşinyan və Zauri Postancyan iqtidar namizədi Taron Marqaryanı debata dəvət ediblər, amma o, iştirakdan imtina edib.