İnternetin banisi onu feyklərdən, dələduzlardan və manipulyasiyalardan xilas etmək istəyir
Paylaşmaq
Paylaşmaq
İnternetin banisi ser Tim Berners-Li hesab edir ki, onun törəməsi bəşəriyyətin həm xeyrinə, həm də ziyanına istifadə oluna bilər. Təfərrüatlar – The Guardian-ın materialında.
_________________________________
Feyk xəbərlər, şəxsi məlumatların qanunsuz ələ keçirilməsi, kütlənin şüuru ilə manipulyasiya – Berners-Li hesab edir ki, dünyanı “rəqəmsal antiutopiya” vəziyyətinə gətirib çıxara bilən təhlükələr bunlardır.
Hadisələrin bu cür inkişafına yol verməmək məqsədilə o, hökumətlərə, şirkətlərə və vətəndaşlara ünvanlanmış qlobal plan təklif edib. Məqsəd internetin çiçəklənmə və insanlar arasında kommunikasiya aləti kimi qorunmasıdır.
«Təcili hərəkət etmək lazımdır», — Berners-Li iddia edir.
Plan özündə hökumətlərin, şirkətlərin və vətəndaşların könüllü şəkildə öz üzərlərinə götürəcəkləri vəzifələri ehtiva edir.
Hökumətlər
Hökumətlər vətəndaşlarına internetə, öz şəxsi məlumatlarına azad əlyetərliyin təmin olunmasını, həmçinin hakimiyyətə bu məlumatların üzərində işləməyi qadağan etməyi öhdələrinə götürürlər.
Şirkətlər
Şirkətlər internetin əlyetərliyini təmin etmək, məhdud imkanları olan insanlar və nadir dillərin daşıyıcıları üçün servislərin hazırlanması kimi öhdəliklər götürür, eyni zamanda şəxsi məlumatlarla insanların özlərinin iş prosedurunu maksimal dərəcədə sadə və rahat edirlər.
Şirkətlər yeni məhsulun buraxılmasından əvvəl ictimaiyyətlə məsləhətləşmələr keçirməli və onun dezinformasiyanın yayılması nöqteyi-nəzərindən potensial təhlükəliliyini qiymətləndirməlidir.
Vətəndaşlar
Berners-Linin təşəbbüsünə qoşulmuş fiziki şəxslər öz hesablarında keyfiyyətli kontent yaratmaq, özlərinin onlayn-cəmiyyətlərində xoşməramlı atmosferin qorunub saxlanması və internetin hamı üçün və hər yerdə açıq olmasını müdafiə etmək öhdəliyi götürürlər.
Şübhələr və təhlükələr
İnternetin banisinin təşəbbüsünü bir çox hökumətlər və informasiya texnologiyalarının “Microsoft” və “Google” kimi nəhəngləri dəstəkləsələr də, aydındır ki, azad və keyfiyyətli internet uğrunda mübarizə asan olmayacaq. “Amnesty International”ın bu yaxınlarda dərc edilmiş məruzəsində avtokrat və totalitar rejimlər, məsələn, Çin tərəfindən Şəbəkənin əlyetərliliyinin məhdudlaşdırılmasının çoxsaylı nümunələri gətirilir. Təşəbbüsə qoşulan “Google” isə bu yaxınlarda 50 milyon amerikalının şəxsi məlumatlarına qanunsuz çıxışının əldə edilməsi ittihamı ilə üzləşib.
«Bizə hazırda ekologiya sahəsində müşahidə etdiyimiz tərzdə azad internet uğrunda qlobal hərəkat çox lazımdır», — Berners-Linin təsis etdiyi İnternet fondunun rəhbəri Emili Şarp iddia edir.
Görünür, onun sözünün həqiqiliyi təqdiqini tapır: bu metarialın “The Guardian”da dərc olunmasından iki gün sonra “Twitter” təşəbbüsü dəstəklədiyini elan edib.