Dünyaca məşhur erməni mənşəli amerikalı Den Bilzeryan avqustun 27-də şəxsi təyyarəsi ilə Ermənistana gəlib. Onu qardaşı Adam Bilzeryan və model Saylen Medeyros müşayiət edir.
Den Bilzeryan ventur kapitalist, poker oyunçusu və aktyordur.
Onu “poker kralı” adlandırırlar, baxmayaraq ki, peşəkar pokerdə əhəmiyyətli uğurları yoxdur. Dünyanın ən nüfuzlu poker turnirində o, sadəcə bir dəfə iştirak edib.
Bilzeryanın atası da ventur kapitalistidir, oğlundan fərqli olaraq, o bu sahədə kifayət qədər uğur qazanıb.
Bilzeryanın Ermənistana gəliş səbəbi və kim tərəfindən dəvət olunması hələlik bəlli deyil. Amma qardaşı ilə birlikdə o, Ermənistan pasportu alıb və Ermənistan Silahı Qüvvələrində qeydiyyata düşüb. Bilzeryan həmçinin Yerevan kafelərindən birində Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryanla görülüb.
Bununla belə Den Bilzeryan paralel olaraq 24 milyon təqibçisi olan Instagram səhifəsində Ermənistan haqqında paylaşımlar etməyə başlayıb.