Böyük Britaniya insan haqlarını pozduqlarına görə xarici məmurlara qarşı sanksiya tətbiq edə bilər
Paylaşmaq
Paylaşmaq
Britaniya Parlamentinin İcmalar Palatası Amerikanın “Maqnitski aktına” bənzər qanun layihəsi qəbul edib, bu sənəd insan haqlarını pozduğu ortaya çıxan əcnəbi məmurların mülkiyyətinin müsadirəsinə və aktivlərinin dondurulmasına imkan verəcək.
Qanun layihəsinin müəllifləri təklif ediblər ki, məmurların qanunsuz davranışlarına işgəncələrdə iştirak və başqa insan haqlarına qarşı pozuntular daxil edilsin. Daxili İşlər nazirinin müavini Ben Uolles debatlarda bildirib ki, bütün dünyadan olan nadürüst məmurlar qanunun təsiri altına düşəcək, – BBC xəbər verir.
Britaniyanın qüvvədə olan qanunlarına görə qanuna zidd davranış bu cür davranışı ortaya çıxan şəxslərin əmlakının müsadirəsi və aktivlərinin həbsi üçün əsasdır.
Müxalif Leyborist Partiyası tərəfindən də dəstəklənən qanun layihəsi yekdilliklə qəbul edilib. İndi qanun layihəsi Lordlar Palatasına göndəriləcək və orada da səsvermədən asanlıqla keçəcəyi gözlənilir. Bundan sonra layihə qanuni qüvvəyə minəcək.
Uzun müddət belə bir qanunun qəbulunun lehinə çıxış edən Hermitage Capital fondunun yaradıcısı Uilyam Brauder səsvermə nəticələrini əsl qələbə adlandırıb. O, hesab edir ki, qəbul edildikdən sonra bu qanun Rusiyanın “və digər avtokratik ölkələrin” başısoyuq məmurlarının canına qorxu salacaq.
O, həmçinin bildirir ki, qanun layihəsi uğurla qəbul edildiyi təqdirdə Böyük Britaniya Sergey Maqnitskinin ölümünə aidiyyatı olan insanların məsuliyyətə cəlb edilməsinə imkan verən qanunu qəbul etmiş ABŞ və Estoniyadan sonra üçüncü, Avropada isə ikinci ölkə olacaq.
Sergey Maqnitski Hermitage Capital fondunun hüquqşünası idi. Maqnitski bildirirdi ki, Rusiya məmurlarının ölkə büdcəsinin külli miqdarda vəsait oğurlaya bildiyi dələduzluq sxemini aşkar edib. 2008-ci ildə Sergey Maqnitskivergidən yayınma ittihamı ilə həbs olundu. 11 ay sürən ibtidai istintaq müddətindən sonra o, istintaq təcridxanasında dünyasını dəyişdi.
Maqnitskinin geniş beynəlxalq rezonans doğuran ölümündən sonra ABŞ-da onun ölümünə aidiyyatı olan və digər insan haqları pozuntularında iştirak edən insanların hesablarının dondurulmasına və onlara Amerika vizasının verilməməsinə imkan verən qanun layihəsi qəbul edildi.