İndiki dövrdə istənilən təşəbbüsü təqib etmək dəb halını alıb. Arqument gətirmək üçün baş sındırmamaq da olar, bu tənqiddə ən təsiredici alət vətənpərvərlik hissləri ilə oynamaqdır. “Vətəni satırlar! – deyə qışqırmaq kifayət edir ki, bu şərti qatar nə qədər rasional ideyalarla yüklənməsindən asılı olmayaraq mütləq relsdən çıxacaq.
Başqa variant sadəcə mövcud deyil. Abxaziyada Vətənin mütləq bir qaydada satılmasına şübhə ilə yanaşanlar, ən azı satqınlıq etmək həddində olan şübhəli şəxs kimi qəbul edilir.
Və burada vacib deyil, söhbət böyük siyasətdən yoxsa hansısa sosial aksiyadan gedir. Bu saxta vətənpərvərlik xoru, mən onu ancaq bu cür qəbul edirəm – bütün Abxaziya məkanını doldurub və özünün diqqətindən kənarda qalan yerlər demək olar ki saxlamayıb. Nümunə üçün də uzağa getməyə ehtiyac yoxdur.
Ötən şənbə günü “Qum dəmir yolu platformasında bazar yarmarkası keçirildi. BMT-in İnkişaf Proqramının dəstəyi və Suxum administrasiyasının köməyi ilə keçirilən aksiyanın təşkilatçıları Abxaziya Qadınları Assosiasiyası oldu. Bütün regionlardan olan kəndlilər (yəni bilavasitə istehsalçılar) paytaxta öz məhsullarını gətirmək və vasitəçilər olmadan onları satmaq imkanı əldə etdilər.
Alıcıların sonu görünmürdü. İki saat ərzində Suxum sakinləri hər şeyi aldılar.
Nəticədən ilhamlanan təşkilatçılar artıq bu birdəfəlik aksiyanı ənənəyə çevirmək qərarına gəldilər. Amma bu dəfə də qabağa vətənpərvərlər çıxdılar.
Sosial şəbəkələrdə kimsə onun sözlərinə görə “Qumun platformasında tapdığı, gürcü dilində yazılan qəbzin şəklini yerləşdirdi, və bunun nə və haradan olması ilə bağlı heç bir araşdırma aparılmadan hamı bir ağızdan ittiham irəli sürdü ki, bazar yarmarkasında kəndlilər Gürcüstandan gətirilən kənd təsərrüfatı məhsullarını satırdılar.
Sonradan həmin o başıbəlalı qəbzin iki ay əvvəl verildiyi, “Googleun tərcüməsinə inansaq, həmin qəbzlə qaz plitəsinin alındığı və bu kağız parçasının yarmarkaya heç bir aidiyyəti olmadığı üzə çıxsa da artıq bunun heç bir mənası yoxuydu. Saxta vətənpərvərlik hissləri öz işini gördü.
İndi də görünür hələ uzun müddət növbəti yarmarkanın keçirilməsini gözləməli olacağıq. Bu qədər zəhmətdən sonra kim satqınlıqda ittiham olunmaq istəyər ki?
Təəssüf ki, bu saxta oyun, publika üçün nəzərdə tutulan Vətən sevgisi başqa təşəbbüs qəbul etmir. Çünki nümayişkaranə şəkildə sevməkdən başqa heç nə bacarmır. Başqalarına da təşəbbüs göstərməyə imkan verməyəcək, o cümlədən də belə fədakarcasına sevdiyi ölkənin özünə də.
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər