Vaxtilə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyana xidmət göstərən avtomobil auksiona çıxarılacaq. Bu qərar Ermənistan hökumətinin iclasında sentyabrın 7-də qəbul edilib. Ermənistan hökuməti yanında dövlət əmlakının idarə olunması xidmətinə “Mersedes-Benz 500 SEL markalı nəqliyyat vasitəsinin klassik auksiyon yolu ilə dövlət mülkiyyətindən çəxarılması prosesini” başlatmaq icazəsi verilib.
Artıq 1982-ci il istehsalı olan zirehli avtomobilə ilkin qiymət də təyin edilib – 17 milyon dram (təxminən 35 min dollar). Xərrac üç ay müddətində keçiriləcək. Xərracda iştirak etmək üçün start qiymətin beş faizi qədərində ilkin ödəniş etmək lazımdır.
Levon Ter-Petroosyan 1991-ci il oktyabrın 16-da seçicilərin əksəriyyərinin – 83,4 faizinin səslərini qazanaraq prezident seçilib. 1998-ci il fevralın 3-də ilk prezident istefaya gedib. O, 2008-ci ildə artıq müxalif lider kimi siyasətə qayıdıb.