İlk dəfədir ki, FİFA-nın Qızıl Dünya Kuboku Ermənistana gətirilib.
2006-cı ildən FİFA futbol üzrə hər Dünya Çempionatı öncəsi turnir təşkil edir. Çəkisi 6,2 kq olan məşhur kubok müxtəlif ölkələrdə futbol fanatlarına nümayiş etdirilir. Bu il kubok 50 ölkəni dolaşacaq və bu ölkələrdən 24-də ilk dəfə təqdim olunacaq.
Ermənistana kuboku Madridin “Real” klubunun keçmiş oyunçusu, 1998-ci il Fransa millisinin tərkibində dünya çenpionu olmuş Kristian Karambö gətirib.
“20 il əvvəl mən bu kuboku Fransa milli yığmasından olan yoldaşlarımla birlikdə qazanmışam. Düşünürəm ki, bu komandada ermənilərin də – Yuri Corkayeff və Alen Boqossyanın oynadığını bilirsiz. Mən bu kuboku sizlərə təqdim etməkdən çox qürurluyam”, – Kristian Karambö deyib.
Kubok düz bir saat Yerevanın Azadlıq Meydanında qalıb. Futbol fanatları nəhayət ki, kuboku görə biliblər, amma heç kimin ona toxunmasına imkan verilməyib. Bu haqqa yalnız dünya çempionları və dövlət başçıları sahibdir.