İlham Əliyev Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının iclasında Vladimir Putinlə görüşür
Paylaşmaq
Paylaşmaq
İlham Əliyev və Vladimir Putin Sankt-Peterburqda Avrasiya İqtisadi İttifaqının (AAİİ) iclası çərçivəsində görüşəcəklər. Azərbaycan bu ittifaqa daxil deyil, lakin oktyabr ayında Putin AAİİ-yə daxil olmayan MDB ölkələrinin liderlərini görüşə dəvət edib.
Güman edilir ki, Putin Əliyevi Belarus və Moldova prezidentləri ilə birlikdə qəbul edəcək.
Avrasiya İqtisadi İttifaqı (AAİİ) 2014-cü ildə yaradılmış beynəlxalq iqtisadi təşkilatdır. AAİİ-yə beş ölkə daxildir: Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan. Moldova müşahidəçi statusundadır. Başqa sözlə, bir vaxtlar SSRİ-nin tərkibinə daxil olan ölkələr.
AAİİ-yə üzv olan ölkələr arasında vahid iqtisadi məkan, azad və koordinasiya edilmiş ticarət və iqtisadi əməkdaşlıq nəzərdə tutulub. Bir vaxtlar elə bu cür təşkilatdan hazırkı Avropa İttifaqı yetişmişdi. Yəni bu, sadəcə ticarət əlaqələrindən daha böyük anlama gəlir və çox yəqin ki, siyasi baxışları ilə də birləşən həmfikirlər kompaniyasıdır.
O ki qaldı Azərbaycana, onu artıq bir neçə ildir ki, bu ittifaqa daxil olmağa çağırırlar, lakin o, hələlik tərəddüd edir. Ən azı ona görə ki, Azərbaycan Ermənistanla dondurulmuş münaqişə vəziyyətindədir və bu ölkə nəinki AAİİ üzvüdür, hətta 2020-ci ildə onun sədri olacaq.
FOTO: AAİİ iştirakçı ölkələrinin başçıları 2017-ci ilin dekabr görüşündə (russian.rt.com)
Azad ticarət, yoxsa şübhəli funksionallıq
İqtisadçı Toğrul Maşallı:
«AAİİ üzvü olan beş ölkə hələ də öz gömrük mexanizmlərini düz-əməlli tənzimləyə bilməyib. Ümumiyyətlə, bu təşkilatda bir sıra müxtəlif problemlər var. Bundan savayı, bütün səylərə baxmayaraq, bu təşkilat indiyə kimi MDB hüdudlarından kənara çıxa bilməyib, MDB ölkələri arasında isə sadələşdirilmiş ticarət qaydaları onsuz da mövcuddur. Bütün bunlar AAİİ-nin funksionallığını şübhə altına alır. Bu səbəbdən də, Azərbaycan üçün prinsipcə AAİİ-yə daxil olmaq lazım deyil. Heç daxil olmayacaq da».