İlham Əliyev Laçın rayonunda yeni SES açıb, qoruqda çinar əkib – FOTO/VİDEO
Azərbaycan prezidenti İlham Əliyev ikinci Qarabağ müharibəsində azad edilən ərazilərə yenidən səfər edib. Onu bu səfərdə həyat yoldaşı, ölkənin vitse-prezidenti Mehriban Əliyeva və böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva müşayiət ediblər.
- Gürcüstanlı azərbaycanlılar nəyə baxırlar?
- Düz 39 il sonra prezident İlham Əliyev Şuşaya gedib
- Yeni razılaşma Ermənistan və Azərbaycana nə verdi, nə vermədi və yollar necə açılacaq?
İlham Əliyev ailə üzvləri ilə birlikdə Laçın rayonunun Güləbird kəndində yeni SES-in açılışında iştirak ediblər. Onlar həmçinin Zəngilan rayonunda yerləşən Bəsitçay qoruğunda çinar ağacları əkiblər.


























