Bu gün noyabrın 8-də Azərbaycanda Zəfər Günü qeyd olunur. Bakıda və ölkənin bütün şəhərlərində hərbçilərin, birinci və ikinci Qarabağ müharibəsi veteranlarının yürüşləri, konsertlər, küçə tamaşaları və s. təşkil olunub. Müharibədə həlak olanların xatirəsi ehtiramla yad edilib.
Prezident İlham Əliyev Bakıda Zəfər Tağı olan yeni Zəfər Parkının açılışında iştirak edib.
Bakıda Zəfər Tağı olanyeni Zəfər Parkı. 8 noyabr 2024-cü il. Foto: AzərTacBakıda Zəfər Tağı olanyeni Zəfər Parkı. 8 noyabr 2024-cü il. Foto: AzərTac
2020-ci il sentyabrın 27-də Ermənistan və Azərbaycan hərbi birləşmələrinin bütün təmas xətti boyunca genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. 44 gün davam edən müharibə həmin il noyabrın 10-da başa çatıb.
Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan, Ermənistan və Rusiya liderləri atəşkəs haqqında bəyanat imzalayıblar.
Müharibədə həlak olanların xatirəsi ehtiramla yad edilib. Bakı, 8 noyabr 2024-cü il. Foto: AzərTacBakıda hərbi orkestrin yürüşü. 8 noyabr 2024-cü il. Foto: AzərTac
Döyüşlər zamanı 5 şəhər – Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, 4 qəsəbə və 240 kənd Azərbaycan silahlı qüvvələrinin nəzarəti altına qaytarılıb, Azərbaycan-İran sərhədinə nəzarət bərpa olunub.
Münaqişədə həlledici hadisə Şuşa şəhərinin qaytarılması olub, nəticədə müharibə başa çatıb və Azərbaycan qələbə qazanıb.
Şuşada Zəfər Günü. 8 noyabr 2024-cü il. Foto: AzərTacŞuşada Zəfər Günü. 8 noyabr 2024-cü il. Foto: AzərTac
Üçtərəfli bəyanata əsasən, Kəlbəcər rayonu 2020-ci il 15 noyabr (sonradan Ermənistan tərəfinin xahişi ilə Azərbaycan bu müddətin noyabrın 25-dək uzadılmasına razılıq verib), Ağdam rayonu 20 noyabr, Laçın rayonu 1 dekabr tarixinə qədər Azərbaycanın nəzarətinə qaytarılmalı idi. Hər üç rayon Azərbaycana qaytarıldı. Yalnız 5 km eni olan Laçın dəhlizi Rusiya sülhməramlı qüvvələrinin nəzarətində qaldı.
Laçında Zəfər Günü. 8 noyabr 2024-cü il. Foto: AzərTacLaçında Zəfər Günü. 8 noyabr 2024-cü il. Foto: AzərTac
Qarabağ ermənilərinin yaşadığı ərazilərdə Rusiya sülhməramlı kontingentinin azı 5 il müddətinə yerləşdirilməsi də bəyanatın şərtlərinə daxil idi.
2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycan bütün beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində suverenliyini bərpa etdi.
Xankəndidə Zəfər Günü. 8 noyabr 2024-cü il. Foto: AzərTacXankəndidə Zəfər Günü. 8 noyabr 2024-cü il. Foto: AzərTac
Bundan əlavə, Azərbaycana Ermənistan ərazisindən keçən dəhliz vasitəsilə öz eksklavı olan Naxçıvan Muxtar Respublikasına quru yolu ilə birbaşa çıxış imkanı verilməli idi. Bu şərtə hələ də əməl olunmayıb.
Müharibədə həlak olanların xatirəsi ehtiramla yad edilib. Bakı, 8 noyabr 2024-cü il. Foto: AzərTacMüharibədə həlak olanların xatirəsi ehtiramla yad edilib. Bakı, 8 noyabr 2024-cü il. Foto: AzərTacMüharibədə həlak olanların xatirəsi ehtiramla yad edilib. Bakı, 8 noyabr 2024-cü il. Foto: AzərTac
Azərbaycan prezidenti İlham Əliyev 2020-ci il dekabrın 3-də Zəfər Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb və bu sərəncama əsasən, hər il noyabrın 8-i Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini tam nəzarətə götürdüyü gün bütün ölkə ərazisində bayram kimi qeyd edilir.