İdxal olunan “Premium” markalı benzinin qiyməti digər region ölkələrinə baxanda Azərbaycanda daha yüksəkdir
Paylaşmaq
Paylaşmaq
TURAN informasiya agentliyinin apardığı hesablamalar göstərib ki, “Premium” markalı benzin Azərbaycanda digər region ölkələri ilə müqayisədə daha baha başa gəlir. Yəni orta statistik Azərbaycan sakini məsələn, Gürcüstan və ya Rusiya sakinindən fərqli olaraq gün ərzində bu benzindən heç bir litr almaq iqtidarında deyil.
Digər markalara aid benzindən fərqli olaraq “Premium” Azərbaycanın özündə istehsal olunmur, xaricdən idxal edilir. Müvafiq olaraq, digər markalardan daha bahadır, bu günlərdə isə bir az da bahalaşıb, əgər əvvəl Aİ 95 “Premium”un bir litri 1,25 manat (0,70 dollar) idisə, indi onun qiyməti 1,50 manata (0,88 dollar) yüksəlib.
TURAN agentliyi ru.globalpetrolprices.com saytındakı qiymətlər cədvəlindən istifadə edib və Aİ-95 benzininin yeni qiymətini qonşu ölkələrdəki qiymətlərlə və oradakı orta aylıq əməkhaqqı ilə müqayisə edib. Məlum olub ki, əgər Azərbaycanda orta aylıq əməkhaqqına 340-350 litr “Premium” benzini almaq mümkündür. Məsələn, qonşu Gürcüstanda isə orta aylıq əməkhaqqına 421 litr eyni benzindən almaq olar.
Başqa sözlə, TURAN belə nəticəyə gəlib ki, qonşu ölkələrlə müqayisədə bu benzin Azərbaycanda daha yüksək qiymətədir.
Ümumilikdə ötən il ərzində Azərbaycanda benzin üç dəfə bahalaşıb. Ən son bahalaşma bu ilin iyulunda və 2017-ci ilin noyabrında baş verib.