"Homoseksual rəqs" qadağan edilib
Bu videoda “Qandaqana rəqsini Şimali-Osetiyadan olan “Alan qrupu ifa edir. Və bu rəqs demək olar ki bütün Qafqaz xalqlarının- ermənilərin, gürcülərin, şimali qafqazlıların repertuarında var.
Lakin Cənubi Osetiyada belə qərara gəliblər ki, bu, mavilərin rəqsi homeseksuallağı təbliğ edir və onu oynamaq ayıbdır.
Cənubi Osetiya mediası və bloqqerlər əsasən 3 əsas səbəbi arqument kimi göstərirlər:
1. Ədəbsiz bədən hərəkətləri
Muasir dövrümüzdə “Qandaqana rəqsini qadınlar da oynayır, lakin bu, sonradan yaranan xoreoqrafiyadır. Keçmiş zamanlardan bəri bu rəqsi gənc oğlan sevgililər şərq sultanları üçün oynayırdı. Bu acar rəqsidir. Acarıstan isə tarix boyu türklərin əsarətində olub. İran, Türkiyə, Misir kimi ölkələrdə erotik rəqslər öyrədilən və təhrikedici mahnılar oxuyan oğlan- rəqqaslar axtarılırdı. Onlar “baça-bazi adlanırdılar.
Zaman keçdikcə bu rəqslər o ölkələrdə hakimiyyətə gələn Avropa meylli insanlar tərəfindən qadağan edilmişdir. Lakin rəqsin bəziləri bu günümüzə qədər gəlib çıxmışdır ki, onlardan biri də “Qandaqanadır. Rəqs zamanı gənc oğlanlar bir növ mütilik rəmzi kimi dizlərini əyib, ombalarını oynadır. Aşağı sallanan enli kəmər qədim zamanlarda çılpaq şəkildə rəqs edən “baça-bazi oğlanlarının bədəninin bir hissəsini örütürdü. Yəni, “Qandaqana bir növ qədim gey striptizidir.
Facebookda münasibət « Bədənlərini titrədə -titirədə “Qandaqananı oynayan oğlanları görəndə sanki sultan saraylarında oynayan gey-rəqqasları görürəm
Andrey Tedeyev, «АРС» breyk –dans qrupunun rəhbəri: “ Mən çoxdan “Qandaqana rəqsinin ədəbsiz keçmişi haqqında eşitmişdim, lakin bu günlərdə bu barədə qazet məqaləsi oxudum və bu barədə fikrim daha da qətiləşdi
Lyana Tedeyeva, jurnalist. “ Mən bu rəqsdə heç bir əxlaqsızlıq görmürəm. Bu rəqs mənim çox xoşuma gəlir.
Vaxtanq Cikqayev, iqtisadçı, “ Axmaqlıqdır. Bu rəqsin artıq uzun illərdi ki, kulturoloji mənası var.
İqor Çoçiyev : “ Bu rəqs nəinki əxlaqsızlıqdır, bunu oynamağın özü də bir vəhşilikdir. Biz osetin xalqının Simdi, Xonqayı var. Dünyanın hans rəqsi osetinlərin Simd rəqsindən daha gözəl ola bilər.
2. Tarixən bu qulların rəqsi olub
Müsəlman ölkələrinin bir çoxunda “baça-bazi kimi fəth olunmuş – gürcü, erməni, bolqar, yunan kimi ölkələrin əhalisinin gənc oğlanlarından istifadə edirdilər. “Qandaqana oynamaq – öz istəyi ilə qul olmaq deməkdir.
Kosta Koşta, jurnalist, “Restaq İr partiyasının sədri : “ Bu rəqsdə kişiyə- xüsüsiylə də osetin millətindən olan kişiyə yaraşmayan bir çox bədən hərəkətləri var. Bu cür rəqslələ məşğul olan gənclər öz tarixindən uzaq düşür. Osetiya rəqsləri və sözügedən “qandaqana rəqsi ideya cəhətdən o qədər fərqlidir ki, düşünürəm ki, Osetiyada bu rəqsə sadəcə qadağa qoyulmalıdır Yuriy Qabarayev, “Xurzarin qazetinin baş redaktoruI: Böyük sərkərdələr yetişdirmiş bir millətin övladına qul rəqsi oynamaq yaraşmaz. əgər bizim əcdadlarımız indi toylarda bu rəqsi oynadığımızı görsəydilər, utandıqlarından yerə girərdilər.
3. Bu gürcü rəqsidir və ideoloji olaraq osetinlərlə heç bir əlaqəsi yoxdur
Facebookdakı şərhlər “ Bu osetinlərlə heç bir əlaqəsi olmayan, tamamilə onlara yad bir rəqsdir.
Kazbek çelexsatı “ Osetiya və osetinlər kitabının müəllifi, ictimai xadim. Mən bizim toylarda gürcü yada başqa millətlərin rəqsinin oynanılmasının qəti şəkildə əleyhinəyəm. Ən gözlər rəqslər osetin xalqının milli rəqsləridir. Biz ilk növbədə öz milli mədəniyyətimizin yüksəldilməsi üçün çalışmalıyıq.
Tamara Teraşvili, jurnalist: Bu rəqs haqqında deyilənin hamısı sadəcə cəfəngiyyatdır. Rəqs olduqca gözəl və çətin rəqsdir. Bu rəqs oynanılmalıdır. Hansısa axmaq özünü vətənpərvər kimi göstərmək istəyən biri, düşmən gözüylə gördüyü milləti təhqir etmək üçün bəhanə tapıb “Simd rəqs ansambılının bədii rəhbəri Sergey Xazbiyeviç Şavxolov: “Ansambl mənim rəhbərliyimə 4 il əvvəl keçib. Artıq o zaman rəqs qrupun repertuarında deyildi. Məncə, rəqsin oynanılmamasının əsas səbəbi, rəqqaslarının bir çoxunun müharibədə həlak olmuş yaxınlarını hələ də unutmamış olmasıdır. Bu səbəbdən də düşünürəm ki, “ Qandaqana rəqsi hələlik oynananılmamalıdır. Bəlkə bir müddət sonra hər şey unudulacaq. Ancaq mən bir çoxunun fikirləşdiyi kimi, rəqsdə heç bir ədəbsizlik görmürəm. Mən uşaqlıqdan bu rəqsin mövzusundan xəbərdaram. Gənc oğlanlar qayıqda üzür. Tor atıb balıq tuturlar, daha sonra onların yanına qızlar gəlir və onların hər ikisinin iştirakı ilə rəqs davam edir. İstənilən rəqsi ədəbsiz hala gətirib oynamaq olar.