Hollivudda Şimali Osetiya sakininin faciəvi hekayəsi haqda film çəkilib
Paylaşmaq
Paylaşmaq
“Dağıdıcı təyyarə qəzasından sonra iki yad insan bir-birinə sıx bağlanır”, – “Nəticələr” (Aftermath) filminin fevralın 8-də yayılan rəsmi treylerinin annotasiyasında bildirilir. Real hadisələrə – 2002-ci ildə Boden gölü üzərində baş verən fəlakətə əsaslanan filmin baş rolunu Arnold Şvartsneqqer oynayır.
Hollivud dramı Almaniya səmasında baş vermiş təyyarə qəzasında bütün ailəsi həlak olmuş Şimali Osetiyadan olan Vitali Kaloyevin həyat hekayəsinin motivləri əsasında çəkilib. Amma filmdəki olaylar ABŞ-da baş verir. Arnold Şvartsneqqer təyyarə qəzasında ailəsini itirmiş və qisas almaq arzusunda olan atanı canlandırır. Baş qəhrəmanın öz doğmalarının ölümündə günahlandırdığı dispetçerin rolunu isə Skut Makneyri oynayır.
“Nəticələr” filmi ekrana aprelin 7-də çıxacaq.
2002-ci il iyulun 1-də Rusiyanın “Başqır Hava Yolları” aviaşirkətinin uşaqları Moskvadan Barselonaya tətilə aparan təyyarəsi DHL şirkətinin yük təyyarəsi ilə toqquşub. Təyyarədəki hər kəs, ö cümlədən Kaloyevin arvadı və iki övladı həlak olub. Daha sonra istintaq qəzanın məsuliyyətini İsveçrənin Skyguide şirkətinin üzərinə qoydu.
2004-cü il fevralın 24-də Skyguide şirkətinin qəza günü növbədə olan dispetçeri Piter Nilson İsveçrədə evinin kandarında öldürüldü. Qətldə şübhəli şəxs kimi Vitali Kaloyev həbs edildi. Kaliyev bildirdi ki, o, Nilsenə uşaqlarının şəklini göstərib və ondan üzr istəməsini tələb edib. Nilson isə Kaloyevin əlinə vurub, şəkilləri yerə salıb. Vitali Kaloyev deyir ki, bundan sonra nə baş verdiyini xatırlamır. 2005-ci ildə Kaloyev İsveçrə məhkəməsi tərəfindən günahkar bilində və 8 il müddətinə azadlıqdan məhrum edildi.
2007-ci ilin noyabrında Vitali Kaloyev vaxtından tez azad edildi və Rusiyaya qayıtdı. Osetiyaya qayıtdığı zaman yerliləri onu təmtəraqla qarşıladılar. 2008-ci ildə Kaloyev Şimali Osetiyanın İnşaat və Memarlıq nazirinin müavini təyin edildi.