Henri Mxitaryan Ermənistanda Hematologiya Mərkəzində müalicə alan uşaqlara baş çəkib
Paylaşmaq
Paylaşmaq
Ermənistanın futbol üzrə yığmasının və “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Henri Mxitaryan Hematologiya Mərkəzinə baş çəkib və uşaq şöbəsinin pasiyentləri ilə görüşüb. O, uşaqlarla sadəcə söhbət edib, şəkil çəkdirməyib, onlara öz imzası ilə top, futbolka və açıqcalar da hədiyyə edib.
Uşaqlar isə sevimli futbolçuları üçün öz əlləri ilə plakat hazırlayıb, ona mahnı oxuyublar.
Mxitiryanın sözlərinə görə, bu səfəri ilə o, uşaqların psixologiyasının düzəlməsinə, onların sağalmasına öz töhfəsini vermək, heç bir şəraitdə ruhdan düşməməyi, nikbin qalmağı və məqsədləri uğrunda mübarizəni davam etdirməyi onlara təlqin etmək istəyib.