Hakimiyyət 15 il əvvəl Moskvada girovları öldürən qazın adını çəkməkdən imtina edir
photo: http://www.nord-ost.org/2_ru.html
2002-ci ildə Moskvadakı Teatr Mərkəzində törədilən terror aktı ilə bağlı debatlar Rusiyada yenidən başlayıb, həmin hadisə zamanı ilkin məlumata görə, hücum təşkilatçılarının günahı ucbatından 130 nəfər ölüb, 700-dən çox zərər çəkib, onların əksəriyyəti də əlil olub.
Zərərçəkənlərin vəkilləri martın 2-də Moskvada səs-küylü mətbuat konfransı keçirərək, yenə də artıq 15 ildir ki, hakimiyyətə ünvanladıqları tələblərini irəli sürdülər: hücum zamanı istifadə olunan qazın dəqiq tərkibi göstərilməlidir ki, o vaxt sağ qalan, amma ömürlük əlil olan girovlara daha effektiv kömək göstərilə bilsin.
Mətbuat konfransında bildirildi ki, martın 1-də terror aktında zərərçəkənlərin vəkillərinin bir neçə vəsatəti rədd edilib. Bu vəsatətlərdən biri də qazın tərkibini göstərmək, qazın girovların ölməsinə səbəb olmadığı ilə bağlı qərar çıxaran həkimlərin dindirilməsi xahişi ilə bağlıydı.
Silahlıların tələbləri yerinə yetirilmədi.
Üç gün sonra girovların azad edilməsi üzrə keçirilən əməliyyat zamanı naməlum qazdan istifadə edildi. Bütün terror aktı iştirakçıları öldürüldü. Amma bundan başqa da 130 girov öldü, 700-dən çox zərər çəkdi. Buna səbəb də güllə deyil, qaz oldu.
Mətbuat konfransının iştirakçıları bildirir ki, hakimiyyət müxtəlif bəhanələrlə hücum zamanı istifadə olunan qazın adını və tərkibini açmaqdan imtina edir. FTX ancaq onu bildirib ki, hücum zamanı tərkibində narkotik trimetilfentanil maddəsi olan qazdan istifadə edilib.
Amma bu kifayət etmir. Martın 2-də Moskvada keçirilən mətbuat konfransı zamanı bildirilib ki, hücum vaxtı istifadə olunan qazın dəqiq tərkibi məlum olsa, bir çox insanın həyatını xilas etmək və yüngülləşdirmək mümkün olacaq.
Vəkillərin sözlərinə görə, dövlət faktiki olaraq bildirir ki, girovların ölümü qazla bağlı olmayıb. Amma zərərçəkənlər və ölənlərin qohumları bununla razılaşmır.
Vəkil Karinna Moskalenko zərərçəkənlərdən biri olan Anna Zakaryanın vəziyyətini misal gətirdi. Anna böyük qardaşının himayəsi altında yaşayıb, çünki 2002-ci ildə, o, hələ körpə ikən hər iki valideyni Dubrovkadakı Teatr Mərkəzində elə həmin terror aktı zamanı həlak olub. Müəyyən olunub ki, Anna Zakaryanın valideynləri terrorçuların güllələrindən deyil, naməlum maddənin istifadəsindən dünyalarını dəyişiblər.
“Belə bir şübhələr var ki, qaz sağ insanlara qarşı istifadə oluna bilməzdi, – deyə Karinna Moskalenko bildirib. – Yaxınlarını torpağa tapşıranlar onların hansı maddədən zəhərləndiyini bilmək istəyir. Amma bu fakt daha çox sağ qalanları, ciddi xəstəliklərə düçar olanları maraqlandırır. Bu, özəl həyat hüququdur”.
Vəkillər Mariya Kurakina və Sergey Pançenko mətbuat konfransı zamanı bildiriblər ki, keçmiş girovlar hazırda qazın istifadəsindən qazandıqları çox sayda xəstəlikdən əziyyət çəkir.
İtirilmiş sübutlar
“Bu illər ərzində istintaq zərərçəkənlərin ünvanlarını və telefon nömrələrini itirib. Sənədlərin harada olduğu məlum deyil: gah bir xidmət aparır, gah o birisi. Sənədlərin bir hissəsi də arxivdədir”, – “Nord-Ost” koordinasiya şurasının üzvü Dmitri Milovidov bildirib.
Dmitri Milovidovun 14 yaşlı qızı Nina terror aktı zamanı həlak olub. “Prosesdə həm də mütəmadi olaraq zərərçəkənlərin məhkəməyə çağırılması ilə bağlı olaraq problemlər yaranır”, – o deyir.
Vəkil Karinna Moskalenkonun sözlərinə görə, martın 1-də sədr bildirib ki, “məhkəmədə hüquq müdafiəçilərinə ehtiyac yoxdur”.
Teatr Mərkəzinə hücumun fəsadlarının, o cümlədən də girovların ölümünün araşdırılması keyfiyyətsiz aparılıb, – “İsan haqları uğrunda” hərəkatın eksperti Yelena Sannikova belə hesab edir.
“Birincisi, hansı yuxugətirici qazdan və hansı şəkildə istifadə edildiyi məlum və aydın deyil.
İkincisi, terrorçular öldürülüb. Belə bir sual yaranır – yuxugətirici qazdan istifadə edilibsə, terrorçular niyə qətlə yetirilib? Güc qurumlarının əməkdaşları ifadə verə bilən şəxsləri, işin əsas iştirakçılarını güllələyiblər. Bu nəyə lazımıydı?
Böyük bir bandanın bu qədər dəhşətli bir terror aktını necə törədə bildiyini aydınlaşdırmaq lazımıydı”.
photo: http://www.nord-ost.org/2_ru.html