Həmsöhbətlərimizin əksəriyyəti övladları və ya nəvələrininin anadan olması və ya onların öz evliliyi ilə bağlı olan bayramları daha yaxşı xatırlayırlar. Amma tək bunu da yox – bax bu da bir neçə sitat:
– 25 il əvvəl oğlum anadan oldu və dekabrın 31 biz onunla birlikdə doğum evindən çıxdıq. Əlbəttə ki, o Yeni il mənim üçün ən yadda qalan oldu! – Bilirəm ki, həyatıımın ən yadda qalan Yeni ili yeni 2016-cı il olacaq! Mən artıq həyatımın ən gözəl hədiyyəsini almışam – bu, mənim sevgilimdir. – Mənim ən yaxş Yeni ilim iki il bundan əvvəl uzun müddət xaricdə işləyən oğlumun qayıtdığı vaxt oldu. – 1964-cü ildə mən instituta qəbul olundum – həmin Yeni il bayramını daha yaxşı xatırlayıram. – Uşaqlıqda hər Yeni il tam fərqli olurdu, çünki uşaqlıqda ər şey fərqliydi!