Hələb məğlub oldu. İndən belə nə olacaq?
fоtо AFP
Bir vaxtlar Hələb Suriyanın ən iri şəhəri, onun əsas sənaye və maliyyə mərkəzi olub. Suriyada vətəndaş müharibəsi başlayandan sonra şəhər amansız döyüş meydanına çevrildi. Şəhərlilər əsasən müxalif qiyamçıları dəstəkləyirdilər, amma Hələbin ətrafında İŞİD silahlıları və onların tərəfdarları da qızğın döyüşlər aparırdı.
Hələb uğrunda savaş tezliklə “son cana qədər döyüş mərhələsinə keçdi: müxalifət Əsədin qoşunlarını birdəfəlik sıxışdırmağa imksn verəcək qədər silah əldə edə bilmədi, sonuncular isə qüvvələrini paytaxt Dəməşqin müdafiəsində cəmləməli oldularBu vəziyyət
2016-cı ilin payızından Hələb mühasirədə idi, 250 min insan yeməksiz, susuz və tibbi ləvazimatsız qalmışdı, şəhər humanitar fəlakətlə üz-üzəydi. Qiyamçılar mühasirəni yara bilmədilər, ərzaq və silahdan uzaq düşən qiyamçılar bir-bir məhəllələri verməli oldular.
Qiyamçıların əsas inqilab şəhərini itirməsinə nə səbəb oldu və Hələbi nə gözləyir?
“The Daily Beastin redaktoru, “İslam Dövləti. Terror ordusu daxilində kitabının müəllifi Maykl Vaysdan və “Bild alman həftəliyinin siyasi şərhçisi Yulian Repkenin “Hromadske TVyə müsahibəsi.
İnqilabın məhv olmuş simvolu
Hələbin məğlub olmasını şübhəsiz ki, Əsəd qüvvələrinin bu münaqişədə ən böyük qələbəsi adlandırmaq olar. “Bildin siyasi şərhçisi Yulian Repke bildirir ki, “qiyamçılar üçün Hələb 2011-ci ildən başlayaraq Əsəd diktaturasına müqavimət simvolu idi”.
“Şəhərin məğlub olması, Əsədin qoşunları və İran, Rusiya, Livan, İraq və bir çox başqa ölkələrdən olan müttəfiqlərinin əlinə keçməsi müxalifət hərəkatı üçün geriyə atılan addımdır. Bu şəhər həmişə özünəməxsus istehkam olub. Buna görə də Hələb üzərində nəzarətin bərpası rejim qüvvələri, “Hizbullah, İslam İnqilabının Keşikçilər Korpusu, Putin, yəni Əsədin tərəfində döyüşən qüvvələr üçün mənəvi stimul olacaq”, – “The Daily Beastin redaktoru Maykl Vays bildirib. – “Sözsüz ki, şəhərin təslim olmasında həlledici rolu Hələbi 2015-ci ilin sentyabr ayından dayanmadan bombalayan Rusiya oynadı”.
Yulian Repke əlavə edir ki, Suriyada müxalifətin forpostunun devrilməsi üçün Moskva həm də diplomatik səylərə əl atıb: Rusiya Türkiyə ilə müqavilə bağlayaraq və Hələbdəki müxalifəti Ankaranın dəstəyindən məhrum edərək, müttəfiqlərin qiyamçılarla əlaqəsini kəsdi.
Bundan başqa, Rusiya BMT-nin bütün müdaxilə cəhdlərini blokladı və Avropaya başa saldı ki, münaqişəyə qoşulmağa cəhd etsə qarşısında tək Əsədi yox, həm də Moskvanı görəcək. Beş illik müharibədən sonra Əsəd bütün cəbhələrdə uduzdu, altı ildən sonra isə onun müharibədəki mövqeləri xeyli möhkəmləndi.
Yubanma ölümə bərabərdir
Hələbin məğlub olunmasında həm Rusiyanın fəal hərəkətləri, həm də Qərb tərəfindən heç bir addımın atılmaması da az rol oynamadı. “Bildin şərhçisi Repke belə deyir:
“Qərb Rusiya tərəfinin Əsədlə birlikdə təklif etdiyi “atəşkəsi dəstəklədi, bu vaxtdan da Rusiya aviasiyası və hökumət qoşunları sadəcə öz güclərini bərpa etmək üçün istifadə etdilər, buna görə də çox tez bir zamanda atəşkəsi pozaraq, humanitar konvoyu bombaladılar. Buna görə də Qərb Hələbdəki qiyamçıların məğlubiyyətində böyük rol oynadı, düşünürəm ki, indi Qərb sakit və nizamlı vəziyyətin yaranmasında maraqlıdır və bunu Rusiya ilə Suriyanın hökumət qoşunlarının nəzarətinin bərpası ilə gözləyirlər”.
Maylk Vays deyir:
“Birləşmiş Ştatların Suriyadakı fəaliyyətsizliyi faktiki olaraq böyük miqyaslı faciəyə gətirib çıxardı. Vaşinqton boş ümidlər verirdi ki, gəlib bu insanları xilas edəcək, indi isə bütöv bir nəsil məhv edilmiş oldu. Suriyada döyüş meydanını tərk etdiyi üçün ABŞ-a nifrət edən uşaqlar dünyaya gələcək”.
Həlledici olmayan qələbə
Qiyamçıların forpostunun məğlubiyyəti sual yaradır: Hələbin ələ keçirilməsi Əsədin Suriya müharibəsində qələbəsi deməkdirmi? Maykl Vays hesab edir ki, buna mane olan amillər də var:
“Bu münaqişə 5 ildən çoxdur ki, davam edir. Əsədin ordusu əraziləri ələ keçirib, sonra da itirib. Amma Əsəd rejiminə müxalifətdə olan bəzi qrupları dəstəkləyən Türkiyənin müdaxiləsini də unutmayaq. Suriyanın şərqində ərazilərə Birləşmiş Ştatlar tərəfindən dəstəklənən kürdlər nəzarət edir.
Suriyanın cənubunda Əsəddən müsadirə olunan hərbi obyektlərdə Britaniya və Amerikanın xüsusi qüvvələri hökumət əleyhinə çıxış edən birləşmələrə təlim keçir.
Buna görə də ölkənin müxtəlif yerlərində vəziyyət fərqli inkişaf edir. Buna baxmayaraq, Əsəd Suriyanın bütün ərazisini ələ keçirməyi arzulayır, amma düşünürəm ki, bu o qədər də real deyil, xüsusən də indi, münaqişəyə NATO-nun iki ölkəsi – ABŞ və Türkiyə qoşulandan sonra. Rusiya və İran o qədər də axmaq deyil ki, bu cür dövlətlərlə tam miqyaslı müharibəyə girsinlər”.
Terrorçuluğun triggerləri
Hələbin məğlubiyyəti terrorçuluq təhdidinin artmasına gətirib çıxaracaqmı?
“Bu, yerli əhali və müxalifət qüvvələrinin radikallaşdırılmasına gətirib çıxaracaq, bu da həmin adamları öz tərəfinə çəkə biləcək “Cəbhət-ən-Nusra və islam Dövlətinin xeyrinədir, – Maykl Vays bildirir. – Koalisiyanın məqsədi İslam Dövlətini paytaxtı Rakkadan çıxarmaqdır”.
“Amma İŞİD-in belə bir vəziyyətin yarandığı halda öz planı var, onlar çox çevikdir. Öz xilafətlərini yaratmamışdan əvvəl onlar bu “qiyamət gününü gözləyirdilər. Ərazilərini itirsələr, səhraya çəkiləcəklər. Onların strateji düşünmək bacarığını qiymətləndirməmək olmaz.
Biz bilirik ki, onların Avropada çox sayda muzdluları var, onlar hələ də Mosul və Rakkanın böyük hissəsinə nəzarət edirlər, Deyr-əz-Zorda çoxlu İŞİD silahlıları var. Onlar yavaş-yavaş geri çəkilsə də, təslim olmayıblar”.
“Bildin siyasi şərhçisi Yulian Repke hesab edir ki, Hələbin məğlubiyyəti yeni terror hücumlarına səbəb ola bilər.
“Rusiya prezidenti deyirdi ki, Hələb uğrunda mübarizə cihadçıların öz ölkələrinə qayıda bilməməsi üçün aparılır, bu da əsl cəfəngiyatdır. BMT-nin məlumatına görə, Hələbdə “Əl-Kaidə və “ən-Nusranın maksimum 900 silahlısı var, onların arasında da suriyalıların sayı çox azdır.
Buna görə də Rusiya xarici muzdlu terrorçuları deyil, yerli qiyamçıları öldürür. Məncə, hər şey əksinədir – dünya, xüsusən də müsəlman dünyası indi başa düşür ki, hərbi cinayətlər üçün heç bir çərçivələr, Qərbin heç bir cavab tədbirləri yoxdur, buna görə də onlar qərb ölkələri, xüsusən də Avropaya qəzəblənir.
Buna görə də onlar öz adamlarının öldürülməsinin qisasını almağa cəhd edə, Hələbdə baş verənlərin bədəlini ödəmək üçün Avropa və Rusiyada yeni terror aktları həyata keçirə bilərlər.
Əsədin qoşunları gələndən sonra mülki vətəndaşların taleyi hələ də sual altında qalır. BMT-də öncə bildirirdilər ki, şəhərdə 275 min nəfər mühasirədə qalır, son günlərdə 70 minə yaxın sakin şəhərdən qaça bildi, bu da o deməkdir ki, 200 minə yaxın insan hələ də Hələbdə qala bilər”.
“The Daily Beast Suriya müxalifət mediasına istinadən Suriya ordusu tərəfindən həyata keçirilən dinc sakinlərin kütləvi edamlarından xəbər verir.
Şərqi Hələbin küçələri Suriyanın hökumət qüvvələrinin hücumundan sonra insan cəsədləri ilə doludur, çox sayda ev dağılıb – bu haqda Twitter-də “Ağ kaskalar humanitar könüllü təşkilatı yazıb.
Onların sözlərinə görə, mühasirəyə alınmış Hələbdə bu gün üçün ölənlərin dəqiq sayı məlum deyil, bütün küçələr və dağıdılan evlər cəsədlərlə doludur. Bununla yanaşı, Rusiya mətbuatı şəhərin küçələrində bayram sevinci barədə məlumat verir. “Şəhərin azad edilməsi barədə xəbərlər xalqın sevincinə səbəb olub. Sakinlər küçələrə çıxır, qucaqlaşır, bir-birini təbrik edir, hərbiçiləri salamlayır, hətta fişəng atırlar, Rusiyanın НТВ telekanalının saytında deyilir.
Hamı razı deyil
Eyni zamanda “Kavkazskiy uzel saytı bildirir ki, Qroznı yaxınlığında Xankala hərbi bazasında dislokasiya olunan Müdafiə Nazirliyi birləşməsinin 12 hərbiçisi Suriyaya getməkdən imtina etdikləri üçün hərbi xidmətdən azad edilib.
Dekabrın 6-da internetdə Qroznı ətrafından Suriyaya hərbi polislərin göndərildiyini əks etdirən həvəskar video yerləşdirilib. Çeçenistanda dislokasiya olunan ümumi hərbiçilər dəstəsi Suriyada hərbi polis funksiyalarını yerinə yetirəcək və Hmeymimdə Rusiya bazasını mühafizə edəcək. Çeçenistandan Suriyaya ümumi polis dəstəsinin 500 hərbi qulluqçusu göndərilib, – dekabrın 9-da “Kavkazskiy uzelə respublikanın güc strukturlarından olan mənbə xəbər verib.
“İmtina edənlər cəmi 12 nəfər oldu. Onların da hamısı hərbi xidmətdən azad edildi. Müqavilələri vaxtından əvvəl ləğv olundu, – “Kavkazskiy uzelin müxbirinə mənbə bildirib.
Bununla belə, o qeyd edib ki, Suriyaya ezamiyyətə getmək istəyənlərin sayı istəməyənlərdən xeyli çoxdur.
“Könüllülər çoxdur. İlk növbədə bu onunla bağlıdır ki, yüksək maddi təminat və müxtəlif imtiyazlar vəd edilib, – mənbə bildirir.
Dərc olunub: 15.12.2016