Həyatınızın ən yadda qalan Yeni ili necə olub?
Həmsöhbətlərimizin əksəriyyəti övladları və ya nəvələrininin anadan olması və ya onların öz evliliyi ilə bağlı olan bayramları daha yaxşı xatırlayırlar. Amma tək bunu da yox – bax bu da bir neçə sitat:
– 25 il əvvəl oğlum anadan oldu və dekabrın 31 biz onunla birlikdə doğum evindən çıxdıq. Əlbəttə ki, o Yeni il mənim üçün ən yadda qalan oldu!
– Bilirəm ki, həyatıımın ən yadda qalan Yeni ili yeni 2016-cı il olacaq! Mən artıq həyatımın ən gözəl hədiyyəsini almışam – bu, mənim sevgilimdir.
– Mənim ən yaxş Yeni ilim iki il bundan əvvəl uzun müddət xaricdə işləyən oğlumun qayıtdığı vaxt oldu.
– 1964-cü ildə mən instituta qəbul olundum – həmin Yeni il bayramını daha yaxşı xatırlayıram.
– Uşaqlıqda hər Yeni il tam fərqli olurdu, çünki uşaqlıqda ər şey fərqliydi!