Azərbaycanda hərbi vəziyyət ləğv edilir
2020-ci il dekabrın 12-də Azərbaycanda hərbi vəziyyət ləğv ediləcək. Bununla yanaşı komendant saatı da aradan qaldırılacaq. Amma gecəyarısına qədər qalan üç saatla bağlı vəziyyət aydın deyil.
Azərbaycan prezidenti İlham Əliyev ölkədə hərbi vəziyyətin ləğv edilməsi ilə bağlı sərəncam imzalayıb. Hərbi vəziyyət 2020-ci il sentyabrın 28-də, ikinci Qarabağ müharibəsi başlayandan bir gün sonra tətbiq edilmişdi.
Bununla yanaşı ölkədə 21:00-dan 6:00-a qədər davam edən komendant saatı da aradan qaldırılır.
İndi ölkə sakinlərini 11 dekabr gecəyarısına qədər qalan üç saatla bağlı məqam maraqlandırır. Hərbi vəziyyət və komendant saatı 12 dekabr gecəyarısı ləğv olunur, 11 dekabr saat 9:00-da isə komendant saatı başlayır.
“Gecəyarısına üç saat qalmış komendant saatı qüvvədə olacaq? Bir şeyi də ağılla edin də”, – sosial şəbəkə istifadəçilərindən biri şikayətlənib.