Həbsxanada Navalnının halı pisləşib – tərəfdarları bildirir. Vəkillərini onun yanına buraxmırlar
Navalnının səhhəti narahatlıq doğurur. Bu haqda həbsxanada cəza çəkən Rusiya müxalifətinin liderinin vəkilləri bildirib. Hakimiyyət bildirir ki, siyasətçinin vəziyyəti normaldır, amma vəkillərə onunla görüşməyə icazə verilmir.
Aleksey Navalnının saxlanıldığı Rusiyanın Pokrov şəhərinin islah müəssisəsinin həkimləri siyasətçinin səhhətinin qənaətbəxş olduğunu bildiriblər.
- Avropa İttifaqı və ABŞ Navalnının həbsinə görə Rusiya məmurlarına qarşı sanksiya tətbiq edib
- Niyə Rusiya prezidenti müxalifətçi Navalnıdan qorxur?
Rusiyanın «Новая газета» nəşrinin məlumatına görə, Vladimir vilayətinin Cəzaların İcrası İdarəsinin mətbuat xidmətindən bildirilib ki, məhkum Navalnı tibbi müayinədən keçib və “onun səhhəti stabil, qənaətbaxş kimi dəyərləndirilir”.
Fevralın 2-də Rusiya məhkəməsi Navalnının bir cinayət işi üzrə şərti cəzasını iki il və səkkiz ay müddətinə real azadlıqdan məhrumetmə ilə əvəzləyib.
Navalnının mətbuat katibi Kira Yarmış Twitter-də yazıb ki, həbsxana administrasiyasının bəyanlarına etibar etmir.
“Necə yalançı məxluqlardır. Dünən vəkillərini Navalnının yanına buraxmayıblar, deyiblər ki, onlarda “rejim tədbirləri” gedir. İndi biz anlayırıq ki, o xəstəxanadadır. Bu gün deyirlər ki, onun vəziyyəti “stabil, qənaətbəxşdir”və həqiqətən bunun nə demək olduğu qorxuludur”.
Какие все-таки лживые твари. Вчера не пускали адвокатов к Навальному, говоря, что у них "режимные мероприятия". Теперь мы понимаем, что он в больнице. Сегодня говорят, что его состояние "стабильное, удовлетворительное" – и реально страшно, что это значит на самом деле
— Кира Ярмыш (@Kira_Yarmysh) March 25, 2021
Navalnının silahdaşı Georgi Alburov xatırladıb ki, 2019-cu ildə bundan əvvəlki saxlanılması zamanı da Navalnının həbsxanada halı pisləşmişdi və o zaman da administrasiya onun səhhətinin “qənaətbəş” olduğu haqda yalan demişdi.
Когда в прошлый раз мы слышали от российского государства "состояние Навального удовлетворительное" (лето 2019, отравление в спецприемнике), то он выглядел так pic.twitter.com/YDX7zaUPmi
— Георгий Албуров (@alburov) March 25, 2021
Martın 24-də siyasətçinin vəkilləri Olqa Mixaylova və Vadim Kobzev bildiriblər ki, Navalnı kürəyindəki ağrılardan şikayətlənirmiş. “Deyirdi ki, ayaqları keyiyir, ayağını yerə basa bilmir, bununla belə bütün bu müddətdə ona sadəcə iki həb ibuprofen verilib”, – müdafiəçilər bilririblər.
Bununla belə həbsxana administrasiyası onları müvəkkillərinin yanına buraxmaqdan imtina edib.
Navalnının regional qərargahlarının rəhbəri Leonid Volkov ehtimal edib ki, Navalnı həbsxana xəstəxanasına yerləşdirildiyi üçün vəkilləri onun yanına buraxmayıblar
Bu gün vəkillər Vladimir vilayətinə gəliblər və yenə də Navalnı ilə görüşməyə cəhd göstərəcəklər.
free.navalny.com saytında siyasətçinin azad edilməsi tələbilə keçiriləcək izdihamlı mitinqə iştirakçıların toplanması davam edir. Artıq 220 min nəfərdən çox insan qeydiyyatdan keçib, məqsəd yarım milyon iştirakçı toplamaqdır.
Bu müddətdə isə məlum olub ki, Kanada Navalnının zəhərlənməsi ilə əlaqədar Federal Təhlükəsizlik Xidməti rəhbəri və daha səkkiz Rusiya məmuruna qarşı sanksiya tətbiq edib. Rusiya XİN-dən “güzgü” effekti ilə cavab veriləcəyi vəd olunub.