Gürcüstanlı məmurlar necə varlanırmış? – Jurnalistlər deputatlara və nazirlərə aid elit evləri aşkarlayıb
“Rustavi-2” telekanalı iqtidar partiyasından olan hazırkı və keçmiş məmurların “Gürcü arzusu” 2012-ci ilin payızında hakimiyyətə gələndən sonra əldə etdiyi mülkləri aşkarlayıb.
Lüks evlərin yeni sahibləri arasında parlament deputatları, Dövlət Təhlükəsizlik Xidmətərinin rəhbəri, hakim və müdafiə naziri də var. Sonuncu müxalifətdə olduğu zaman əvvəlki prezident Saakaşvili və onun hakimiyyətini elit korrupsiyada hamıdan daha fəal ittiham edirdi.
Ən maraqlısı odur i, bu möhtəşəm evlərin demək olar ki, hamısının rəsmi sahibləri məmurların həyat yoldaşları və yaxın qohumlarıdır.
“Rustavi-2” dron vasitəsilə bu iqamətgahları yüksəklikdən göstərib.
Gürcüstanın müdafiə naziri Levan İzoriyanın vəzifəyə gələnə qədər anasının adına qeydiyyatdan keçirilmiş iki mənzili vardı. Onun deklarasiyasında bir də Tbilisidə, Diqomi rayonunda arvadının adına qeydiyyadan keçirilmiş torpaq sahəsi olub.
İnei isə o, çox varlı insandır: nazirin həyat yoldaşı Lana Mancqaladzenin adına Diqomidə yerləşən ikimərtəbəli, əlavə mansardlı, böyük həyətli və idman inventarlı ev mövcuddur. Sənədlərə əsasən İzoriya bu evi 2015-ci ilə qədər, daxi işlər nazirinin müavini işləyərkən inşa etdirib.
Bu da hamısı deyil. Diaqomidə (Tbilisinin rayonu) sahəsi 386 kvadrat metr olan daha bahalı və möhtəşəm digər evin inşası 2018-ci ilin sentyabrında başa çatıb. Həmin ev də müdafiə nazirinin həyat yoldaşının adınadır.
Sənədlərdən görünür ki, memar nazirin istəyi ilə bir neçə dəfə evin layihəsini dəyişib – fasad yenidən düzəldilib, boya əvəzinə evin üzəri daş plitələrlə döşənib, “Qruziya Online” xəbər verir.
2012-ci ildə İzoriya Gürcüstan daxili işlər nazirinin müavini vəzifəsinə gələndə bəyan etmişdi ki, onun əsas hədəflərindən biri elitar korrupsiya ilə mübarizədir.
Hökumətdə təmsil olunduğu zaman gürcüstanın keçmiş xarici işlər naziri Mixail Canelidze də özünə ev inşa edib.
Tbilisidə Karbelaşvili qardaşları küçəsində mülk tikintisini Canelidze 2014-cü ilin əvvəlində iqtisadiyyat naziri olduğu zaman başlayıb. Keçmiş nazirin Tbilisinin prestijli yerlərindən birində, Vake rayonunda da mənzili var. O bu mənzili də hakimiyyətdə olduğu zaman əldə edib.
Jurnalistlərə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauriyə məxsus evi və torpaq sahəsini videoya çəkməyə imkan verməyiblər. Ev bütün sutka boyu dövlət mühafizəsi tərəfindən qorunur. Qomelaurinin evini və torpaq sahəsini də yalnız havadan çəkmək mümkün olub.
Əmlak deklarasiyasına əsasən, 2013-cü ildə o Tbilisidə iki mənzil sahibi olub.
Bu gün bu siyahı əhəmiyyətli dərəcədə genişlənib. Yeni əldə olunmuş evlərdən biri Tbilisi kənarında prestijli Tabaxmela bağ massivində yerləşir. Bu mülk də həyat yoldaşının adına qeydiyyatdan keçirilib.
Bundan başqa eyni yerdə 858 və 2 min kvadrat metrlik iki böyük torpaq sahəsi də var və qonşuların bildirdiyinə görə, bu sahələr də Qomelauriyə məxsusdur. Bu ərazidə inşaata başlamaq üçün hazırlıq işləri gedir.
Gürcüstan parlamentinin keçmiş deputatı, 2012-2016-cı illərdə spiker müavini olmuş, hazırda hakim Manana Kobaxidze də eyni qəsəbədə, amma xudmani evdə yaşayır. Həyətyanı sahəsi olan bu xoş evi Kobaxidze 2017-ci ildə, Parlamentdən Konstitusiya Məhkəməsinə keçəndən sonra alıb.
Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri İrakli Sesiaşvili də yenicə bahalı mülk əldə edənlər sırasındadır. O, Duqomada (Tbilisinin rayonu) min kvadratmetrlik sahədə 310 kvadratmetrlik evə sahibdir. Jurnalistlər qeyd edirlər ki, yüksəklidən edilən çəkilişə əsasən, Sesiaşvilinin mülkü “ən bahal mülkdür”, həyətində hovuz, evdə isə bir neçə böyük veranda var.
Parlamentdəki həmkarı, deputat, “Mühafizəkarlar” fraksiyasının lideri Zviad Dzidziquri də ondan geri qalmır.
2012-ci ilə qədər Dzidziquri və ailəsi Tbilisidə Çoloxaşvili küçəsində sahəsi 130 kvadrat metr olan yalnız bir mülkə sahib idi. 2018-ci il əmlak deklarasiyasından isə aydın olur ki, “Mühafizəkarlar partiyasının” lideri paytaxtda 685 kvadrat metrlik üçmərtəbəli ev tikdirib.