Gürcüstanın təhsil naziri məktəblilərə alma paylamağa hazırlaşır
Təhsil Nazirliyi məktəblərdə “almaların paylanması” kampaniyasına başlayır. Qurumun rəhbəri Aleksandr Cecelavanın bu günkü mətbuat konfransında bildirdiyinə görə, kampaniya payızda mindən çox uşağın təhsil aldığı məktəblərdə başlayacaq.
Almaları həftədə bir dəfə paylayacaqlar, “İnterpressnyus” informasiya agentliyi xəbər verir. Hər uşaq bir alma alacaq. Bu cür şagirdlərin sayı təxminən 40-60 min olacaq.
“Bu, çətin və bahalı bir layihədir. Digər bir tərəfdən, bizi nə çətinliklər, nə də bahalılıq yolumuzdan döndərməyəcək. Bu ideyanın mənası ondan ibarətdir ki, uşaq tənəffüsdə alma yesin. Alma çox sağlam bir qidadır”, – deyə Aleksandr Cecelava qeyd edib.
Nazirlik həm də valideynləri uşaqlarına lanç üçün alma vermələrinə sövq etmək niyyətindədir.
Ümumilikdə bu layihə sağlam həyat tərzi və sağlam qidalanmanı populyarlaşdırmağa yönəlib. Buna görə də artıq sentyabr ayından başlayaraq məktəb yeməkxanalarında “zərərli qida” – tərkibində böyük miqdarda yağ, şəkər və duz olan qidalar, həm də qazlı su verilməyəcək. Nazir bildirib ki, məktəb yeməkxanalarında daha çox meyvə-tərəvəz olacaq.
Gürcüstanın təhsil naziri və baş nazirin müavini olan Aleksandr Cecelava özünün daha çox birmənalı olmayan və qeyri-adi çıxışları ilə məşhurdur, bu çıxışlar da bəzən sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olur.