Kiyev Apellyasiya Məhkəməsi Gürcüstan DİN Xüsusi Təyinatlı Dəstəsinin sabiq podpolkovniki Qiya Tsertsvadzeni 40 sutka müddətinə həbsdə saxlayıb.
Məhkəmə kollegiyası bu qərarını ilk instansiyanın işlə bağlı sənədləri Apellyasiya Məhkəməsinə zamanında göndərməməsilə əsaslandırıb.
Məhkəmə zalında çıxarılacaq hökmü Tsertsvadzenin həyat yoldaşı və silahdaşları gözləyib, ukraynalı hərbçilər də məhkəməyə gəlib.
Tsertsvadzenin vəkili Kseniya Prokonova Rustavi-2 telekanalına bildirib ki, məhkəmə qərarında məyus olub, çünki Tsertsvadzeni həbsdə saxlamaq onun sağlamlığı üçün təhlükəlidi.
“Məhkəmənin sənədləri vaxtında almaması o deməkdir ki, Tsertsvadze həbsdə qalır. Təəssüf ki, bu, onun sağlamlığına pis təsir edəcək. Bu müddət ərzində o, ailə üzvlərilə birlikdə ola, öz hüquqlarını müdafiə edə bilməyəcək”, – vəkil bildirib.
Məhkəmədə Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də iştirak edib. O, məhkəmə hökmünü “biabırçılıq” adlandırıb.
Qiya Tsertsvadzenin məsələsi Gürcüstanın Prezident Administrasiyası tərəfindən şərh edilib. Prezidentin parlamentdəki katibi Anna Dolidzenin sözlərinə görə, Gürcüstan prezidenti “ilk gündən” baş verənləri izləyir.
“Ali baş komandanın bəyanat verib, Tsertsvadze ilə bağlı öz mövqeyini ağıqlamaq zərurəti yaranan zaman bu mövqe mütləq bildiriləcək”, – Dolidze deyib.
Tsertsvadzenin işi üzrə məhkəmə iclası Kiyev Apellyasiya məhkəməsində fevralın 3-də baş tutacaq.
Gürcüstan DİN Xüsusi Təyinatlı Dəstəsinin sabiq podpolkovniki bir neçə gün əvvəl Rusiyanın tələbilə Kiyevin Julyanı aeroportunda həbs edilib. Abxaziya və 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin veteranı olan Tsertsvadzeni Rusiya hakimiyyəti 2003-cü ildə baş vermiş qətli törətməkdə ittiham edir. Amma onun haqqında yalnız 2016-cı ilin dekabrında beynəlxalq axtarış elan olunub. Vəkilinin və müxalifət nümayəndələrinin bildirdiyinə görə, Gürcüstan hakimiyyəti Tsertsvadzenin şəxsi məlumatlarını Rusiyaya ötürüb.