Gürcüstanın münaqişələrin nizamlanmasına dair yeni təklifləri var. Qarşı tərəflərin cəmiyyətlərində bu təkliflər necə qəbul olunur?
“Ən yaxşı gələcəyə doğru addım” – Gürcüstan hökumətinin gürcü-abxaz və gürcü-osetin münaqişələrinin transformasiyasına dair konkret proqram təklifindən ibarət olan yeni təşəbbüsü belə adlanır.
“Bizim məqsədimiz ayrılma xətti üzərindən ümumi maraqlara əsaslanan qarşılıqlı münasibətləri dəstəkləməkdir”, – Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili proqramı Tbilisidə təqdim edərkən bildirib.
Gürcüstan hökumətinin sənədi üç əsas müddəanı özündə birləşdirir:
• Ayrılma xəttində ticarətin genişləndirilməsi və sadələşdirilməsi, işğal olunmuş regionların – Abxaziya və Cənubi Osetiyanın sakinləri üçün yeni imkanların yaradılması.
• Bu iki region üçün həm Gürcüstan daxilində, həm də xaricində təhsil almaq üçün əlavə imkanlar.
• Avropa İttifaqı ilə yaxınlaşma nəticəsində Gürcüstan vətəndaşlarının əldə etdiyi üstünlüklərdən: Şengen ölkələrinə vizasız səfər, Avropa ölkələri ilə gömrüksüz ticarət və sairədən bu iki regionun sakinlərinin də bəhrələnməsi.
• Təşəbbüsün tam mətni Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirliyiyi aparatının saytında iki sənəd şəklində dərc olunub.
• Onlardan birincisi iqtisadiyyat və ticarətlə bağlıdiır, ikincisi isə təhsil məsələləri ilə. Üstəlik ancaq birinci sənədin rus dilində mətnini buradan tapa bilərsiz.
Hər iki sənədin əsas detalları
• Abxaziya və Cənubi Osetiya sakinlərinin identifikasiyası şəxsi nömrə ilə, yəni vətəndaşlıq göstərilmədən aparılacaq. Bu formada sahibkar kimi qeydiyyatdan keçmək, həmçinin qrant almaq, bank xidmətlərindən yararlanmaq, təhsil almaq mümkündür.
• Abxaziya və Cənubi Osetiya ilə bilavasitə inzibati sərhəddə xüsusi iqtisadi zonanın yaradılması. Burada ticarət obyektləri, avtomobil bazarları, Gürcüstanın dövlət strukturlarının filialları yerləşdiriləcək. Abxaziya və Cənubi Osetiya sakinlərinə uzaq məsafələrə getmək lazım olmayacaq, onlar buradaca öz biznesini qeydiyyatdan keçirə və öz məhsullarını sata biləcələr.
• Abxaziya və Cənubi Osetiyada istehsal olunan mallara vergi imtiyazları. Bu məhsulların Avropa İttifaqı ölkələrinə gömrüksüz ixrac imkanları.
• Abxaziya və Cənubi Osetiyadan gətirilən malların dövlət qeyd olunmadan sadəcə şəhər və istehsalçının ünvanı göstərilməklə neytral markalanması.
• Biznesin inkişafı üçün xüsusi qrant proqramları.
• Abxaz dilinin qorunması və inkişafı – bu məqsədlə artıq Gürcüstanda xüsusi dövlət proqramı yaradılıb.
• Abxaziya və Cənubi Osetiyada gürcülər üçün gürcü dilində təhsil almaq imkanı (hazırda onların belə bir imkanı yoxdur).
• Gürcüstanda universitetlərə qəbul zamanı 4+1 güzəşt sisteminin tətbiqi, hansı ki, Gürcüstanda milli azlıqlar üçün artıq qüvvədədir (bir il gürcü dilinin tədrisi, plyus 4 illik bakalavr təhsili).
• Qərb ölkələrində təhsil proqramlarında iştirak güzəştindən yararlanmaq imkanı.
Gürcü ekspertlərin şərhləri:
Tornike Şaraşenidze – Gürcüstanın İctimai İşlər İnstitutunun Beynəlxalq Münasibətlər Proqramının rəhbəri:
“Yaxşı konsepsiyadır, Tbilisi özünü sülhpərvər və konstruktiv tərəf kimi göstərdi. Amma o, abxaz və osetinlərə Gürcüstanın əslində necə olduğunu göstərmək üçün informasiya blokadasını aşa bilməyəcək. Bunun üçün onların üzərinə hökumət təşbbüsləri yağdırmaq lazım deyil. Səni sevmələrini istəyirsənsə, öz mədəniyyətini, incəsənətini göstər. Məsələn, populyar gürcü seriallarını tərcümə edib youtube-a qoymaq heç kimin ağlına gəlməyib”.
Paata Zakareişvili, Qriqol Robakidze adına Universitetin professoru:
“Bu qüsursuz sənəddir, amma nəticəsizdir. Məsələ onun necə “qablaşdırılmasındadır””.
2005-ci ildə Saakaşvili hökumətinin çox sayda yaxşı ideyası vardı, amma “qablaşdırması” yenə eyni idi: “biz sizə təklif edirik”. Öncədən onlarla heç bir danışıq aparmadan. Amma insanlar üçün “mən sənə bunu verirəm” deyilməsi qəbuledilməzdir. Bu, abxaz və osetinləri layihədə iştirakdan imtina etməyə vadar edir.
Layihədə təqdim olunan ideyalar tədricən həyata keçirilməli idi, heç bir ictimai bəyanatlar olmadan”.
Abxaz jurnalisti və redaktoru İnal Xaşiq:
“Bu yeni təşəbbüs abxaz sahibkara heç bir azadlıq vermir. Gürcüstanın abxaz biznesmenə təklif etdiyi sadəcə Gürcüstan iqtisadi məkanının bir hissəsi olmaqdan ibarətdir. Başqa heç nə.
Bu arada həqiqi sülh təşəbbüsləri üçün bir neçə qısa teziz kifayətdir:
- “İşğal olunmuş ərazilər haqda qanunun” ləğv edilməsi.
- İlk növbədə dəniz limanları və Suxumi aeroportu olmaqla nəqliyyat əlaqələrini blokdan çıxarmaq.
- Abxaz sahibkarlara “Gürcüstan” yarlığı olmadan dünyada müstəqil şəkildə ticarət aparmaq imkanı vermək.
Tbilisinin hazırda təklif etdiyi hər şey isə sadəcə manevrlərdir”.
2008-ci ilə qədər hər iki münaqişə zonasında MDB-nin sülhün dəstəklənməsi üzrə Kollektiv Qüvvələri yerləşdirilib.
Cənubi Osetiya ətrafında 2008-ci ilin avqustunda baş verən beşgünlük müharibədən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb. Bu səbəblə də Moskva və Tbilisi arasında diplomatık əlaqələr kəsilib.