Gürcüstanın iqtidar partiyası müxalifəti qətllə bağlı təxribat planlaşdırmaqda günahlandırır
Gürcüstanın “Gürcü arzusu” iqtidar partiyasının sədri İrakli Kobaxidze müxalifəti qətllə bağlı seçkiqabağı təxribat hazırlamaqda günahlandırıb. Gürcüstanda yerli özünüirdarə orqanlarına seçkilər oktyabrın 2-ə təyin olunub.
İqtidar partiyası sədrinin sözlərinə görə “müxalifət və onun telekanalları seçkiqabağı sakitliyi pozmağa çalışır”.
Kobaxidzenin sözlərinə görə, müxalifət arasında “ağır təxribar” harda söhbətlər gedir:
“Bizə qurbanlar lazımdır”, “Bizə Lekso Laşkaravanın kvadratı lazımdır” (Lekso Lakşarava – 2021-ci il iyulun 5-də Tbilisidə LGBT-Pride əleyhdarları tərəfindən amansızlıqla döyüləndən sonra həyatını itirmiş Gürcüstanın “Pirveli” telekanalının operatorudur) – bunlar, Vahid Milli Hərəkatın və onun gənclər qanadının üzvlərinin, o cümlədən də “Sirtsxvilia” (“Biabırçılıq”) üzvlərinin danışıqlarından və çatlarından ifadələrdir, onlar haqda informasiyalar hər gün partiyanın ofislərindən sızır”.
Onun sözlərinə görə, iqtidar partiyasında VMH ana müxalifət partiyasının nümayəndələri arasında partiyanın və partiya televiziyasının saxlanmasının hər il on milyonlarla dollara başa gəldiyi haqda “söhbət olub”, halbuki “bu məbləğin onda birinə qatil tutmaq və özümüzünkülərdən kimisə “öldürmək” olar”.
Kobaxidzenin sözlərinə görə, “Sirtsxvilia” hərəkatının nümayəndələrindən birindən VMH liderləri xahiş ediblər ki, bu ideyanı bir neçə çatda “test etsin”.
“Biz hamımız bu siyasi qüvvənin nümayəndələrinin hansı dəyərləri daşıdıqlarını biz hamımız bilirik. Buna görə də hətta ən qəddar təxribatlar da onlardan heç birini təəccübləndirməz”, – Kobaxidze bildirib.
Müxalifətin cavabı
“Sirtsxvilia” təşkilatı iqtidar partiyası sədrinin bəyanatını yalan adlandırıb və bildirib ki, “Kobaxidzenin əvvəlki 100 bəyanatını nəzərə alsaq” onun ittihamlarına ciddi cavab vermək gülməlidir.
“Əgər əvvəl bu cür feyk məlumatların yayılması üçün həm Facebook-da saxta akkaintlardan, həm də dövlət mediasından istifadə olunurdusa, indi “Gürcü arzusu”nun sədri özü trol rolunda çıxış edir”, – təşkilatın bəyanatında bildirilib.
“Sirtsxvilia” hərəkatı qeyd edib ki, yerli özünüidarə orqanlarına seçkilərdə fəal iştirak etmək, “Vətəndaş Seçki Komissiyası” layihəsi çərçivəsində pozuntular və manipulyasiyalar haqda şəffaf və sənədləşdirilmiş informasiyanı zamanıda yaymaq niyyətindədir.
Sentyabrın 13-də Gürcüstan mediası məxfi faylların əldə edildiyi haqda məlumat yayıb, həmin fayllardan məlum olub ki, Dövlət Təhlükəsizlik Xidməti sinod üzvlərinin – patriarxın, onun köməkçilərinin, yepiskopun, keşişlərin, rahibələrin, o cümlədən də bütün sadalananların fəal tərəfdarlarının danışıqlarını dinləyir və onları izləyir.
Məlum olduğuna görə, xüsusi xidmət orqanları din xadimlərinin hərəkətini, bank köçürmələrini və şəxsi həyatını nəzarətdə saxlayır. Minlərlə faylda bu və ya digər din xadimini əməkdaşlığa cəlb etməli olan şəxslər haqda informasiya da əks olunub. Sənədlərdə narkotik istifadə edən və ya canilərlə dostluq edən keşişlər haqda məlumatlar var.
Fayllarda həmçinin deyilir ki, operativ iş nəticəsində 36 nəfər qeyri-ənənəvi oriyentasiyalı din xadimi, qadınlarla seksual münasibətləri olan 23 din xadimi (o cümlədən də rahib) və narkotik istifadə edən 21 din xadimi üzə çıxarılıb.
Materialların həqiqiliyi hazırkı mərhələdə təsdiqlənməyib.