Gürcüstanın İctimai televiziyası qumar oyunlarının reklamından imtina edib
Paylaşmaq
Paylaşmaq
2020-ci ildən Gürcüstanın birinci kanalı İctimai televiziyanın efirindən qumar oyunlarının reklamı yığışdırılacaq.
2019-cu ilin sonuna qədər kanal öhdəliklərini yerinə yetirəcək, amma 2020-ci ilin yanvarından qumar oyunlarının reklamının efirdə yayımlanması ilə bağlı sifarişlərdən imtina edəcək.
“Öz missiyasından çıxış edərək, birinci kanalın əsas məqsədi cəmiyyətin tələblərinə cavab vermək, sağlam həyat tərzinin populyarlaşmasına dəstək olmaq və öz imkanlarından yararlanaraq ölkəni ağır xəstəlik kimi ağuşuna alan qumar asılılığına qarşı çıxmaqdır”, – birinci kanalın oktyabrın 30-da yayılan bəəyanatında belə deyilir.
Bu qərarın alınmasına kanalın 29 yaşlı Sandro Beradzenin ölümü səbəb olub.
İki gün ərzində Beradze dostları və hüquq-mühafizə orqanları tərəfindən axtarılıb. Sandro Beradzenin meyiti oktyabrın 29-da Tbilisi kənarında, Tsxvariçamiya meşəsində tapılıb.
Cinayət məcəlləsinin “intihar həddinə çatdırmanı” nəzərdə tutan maddəsilə istintaq başlayıb. Əldə olan məlumata görə, gəncin qumar asılılığı faciəyə səbəb olub.
Birinci kanalın rəhbərliyi efirdə qumar oyunları reklamlarının yerləşdirilməsindən imtina edərək maliyyə itkilərinə uğrayacaqlarının fərqindədir. Kanalın bəyanatına əsasən, bu tip reklamdan gələn vəsait bütünlükdə idman yayımları üçün lisenziyaların əldə edilməsinə, onlara xidmətə və texniki təminata sərf olunurdu.
İctimai Televiziyanın bəyanatında deyilir ki, “qumar oyunlarının neqativ təsiri ilə əlaqədar olaraq cəmiyyətdə buna qarşı yekdil mənfi münasibət formalaşıb. Gürcüstanın birinci kanalı tam olaraq bu nnəzər nöqtəsini bölüşür və qumar oyunlarının reklamını yerləşdirməkdən imtina etməklə cəmiyyətin tələbinə qoşulur”.
•Gürcüstan qanunvericiliyində qumar oyunlarının reklamı və bu cür reklamın satışı qadağan deyil.
•“Analar qumara qarşı” təşkilatının sədri Tamar Caparidzenin məlumatınaəsasən, 2019-cu ilin iyulundan bu günə qədər qumar asılılığı və borclar üzündən 14 yaşdan 31 yaşa qədər 15 nəfər intihar edib.
•Gürcüstanda qumar oyunlarının mövqeyi prezident Mixail Saakaşvili dövründə xüsusilə möhkəmləndi. Biznesin bu növünə hakimiyyət büdcəni zənginləşdirən ən ciddi mənbələrdən biri kimi baxır. Bu zaman kazino və qumar evlərinin qadağan edildiyi və ya böyük məhdudiyyətlə fəaliyyət göstərdiyi ölkələr də hesaba qatılır. Hakimiyyət hesab edir ki, Gürcüstan mütləq oyun biznesində öz coğrafi üstünlüyündən də faydalanmalıdır. Türkiyədən, Azərbaycandan, Ermənistandan və Yaxın Şərq ölkələrindən qumar sarıdan turist cəlb olunması da nəzərdə tutulub.