Gürcüstanın DİN-i azərbaycanlı jurnalistin axtarışında
Paylaşmaq
Paylaşmaq
Azərbaycanlı jurnalist Əfqan Muxtarlını Gürcüstanın hər yerində axtarırlar, bu informasiyanı Gürcüstanın daxili işlər nazirliyinin rəsmi nümayəndələri yayıblar.
Qurumdan bildiriblər ki, Muxtarlının itməsi barədə ailəsinin üzvləri bu gün xəbər veriblər.
Əfqan Muxtarlı artıq bir ildən çoxdur ki, Tbilisidə yaşayır. Azərbaycan hakimiyyəti ilə onun problemləri jurnalist fəaliyyəti zəminində yaranıb. Muxtarlı evdən dünən, mayın 29-da çıxıb, bundan sonra ailə üzvləri onu görməyib. Telefon zənglərinə cavab vermir. Son dəfə azərbaycanlı jurnalisti dostu axşam saat 7 radələrində görüb.
Ötən həftə JAMnews oxucularına hazırda Gürcüstanda olan azərbaycanlı siyasi qaçqınlar haqqında reportaj təqdim edib. Reportajın qəhrəmanlarından biri də məhz Əfqan Muxtarlı olub, o da azərbaycanlı fəalların son 6-7 ay ərzində Gürcüstanda problemlərinin yarandığını bildirib.