Gürcüstan parlamentində Nazirlər Kabineti üzvlərinin dinləmələri böyük qalmaqalla başa çatıb. Parlament müxalifətinin suallarını baş nazir Georgi Kvirikaşvili cavablandırıb. Bu gün növbədənkənar parlament sessiyasında hökumətin yenilənmiş tərkibi təsdiqlənməlidir.
“Milli Hərəkat” keçmiş iqtidar partiyası ilə görüş başlayandan yarım saat sonra baş nazir Georgi Kvirikaşvilinin ədəbdən kənar cavabı ilə görüş yarıda bitib. Onu “Milli Hərəkat” lideri Nika Meliyanın “baş nazir ölkədəki real vəziyyətdən xəbərsizdir” sözləri özündən çıxarıb.
Bunun cavabında Kvirikaşvili, elə Meliya da yerindən sıçrayaraq bir-birinin üstünə yeriyib. Mühafizə əməkdaşları və digər nazirlər hökumət başçısını dərhal zaldan çıxarıblar.
Telekameraların çəkdiyi kadrlarda baş nazirin deputatın ünvanına söyüş söydüyü aydın eşidilir.
https://www.youtube.com/watch?v=WdBDAVDrh-4
15 dəqiqə sonra, digər müxalif fraksiya “Vətənpərvərlər Alyansı” ilə görüşdən əvvəl baş nazir öz emosional çıxışına görə ictimaiyyət qarşısında üzr istəyib.