Gürcüstanda orqanların transplantasiyası. İş açılıb, direktor tutulub
Paylaşmaq
Paylaşmaq
Tbilisidə “Lanset” tibb klinikasının direktoru Fərman Ceyranlı 2016-cı ilin mart ayında qara ciyərin transplantasiyasından sonra xəstələrin ölüm faktı üzrə açılan işlə bağlı həbs edilib.
Gürcüstanın Baş Prokurorluğu onu pasinetlərdən aldatma yolu ilə böyük məbləğdə pul almaqda və insanların həyatı və sağlamlığı üçün təhlükə yaradan amillər haqqında məlumatı gizlətməkdə ittiham edir.
“Lanset” klinikası ilə Gürcüstan prokurorluğu 2016-cı ilin mart ayında klinikada qara ciyərin transplantasiyasından sonra iki Gürcüstan vətəndaşı dünyasını dəyişəndə məşğul olmağa başlayıb.
Məlum olub ki, klinika onlara yalan məlumat verib. Klinikanın direktoru 2016-cı ilin əvvəllərində Azərbaycandan heç bir tibbi ixtisas üzrə Gürcüstan sertifikatı olmayan cərrah-transplantoloqu dəvət edib ki, bu da ölkə qanunvericiliyinə ziddir.
“Lanset” klinikası həm sosial şəbəkələrdə, həm də televiziyada fəal reklamla məşğul olub, klinikada Türkiyədən dəvən alan və pulsuz müayinə edən məşhur transplantoloqun işləməsi barədə məlumat verib.
Klinikaya müayinə üçün iki Gürcüstan vətəndaşı müraciət edib.
Onlara qara ciyərin təcili transplantasiyasına ehtiyac olduğunu, bunun 40 min dollara başa gələcəyini, əməliyyatın da artıq dəfələrlə uğurla qara ciyərin transplantasiyası əməliyyatını edən mütəxəssislər qrupu tərəfindən həyata keçiriləcəyini deyiblər.
Hər iki pasient kredit götürüb. Onlara 3 və 8 mart 2016-cı il tarixlərində əməliyyat ediblər. Hər ikisi də bir həftə sonra dünyalarını deyişib.
“Əməliyyatdan əvvəl “Lanseti” MMC-nin direktoru F.D. pasientlərə, donorlara və onların ailə üzvlərinə qara ciyərin transplantasiyası ilə bağlı olan risklər barədə, həm də Transplantasiya Şurasına məlumat verməli və əməliyyatın keçirilməsi üçün razılıq almalı idi ki, bunların heç biri edilməyib”, – prokurorluğun bəyanatında deyilir.
“Böyük məbləğdə törədilmiş fırıldaqçılıq” və “insanların həyat və sağlamlığına təhlükə yaradan şərait haqqında informasiyanın gizlədilməsi və ya saxtalaşdırılması” maddələri üzrə cinayət işi açılıb, bu da 6 və 9 il müddətinə həbs cəzasını nəzərdə tutur.