Gürcüstanın birləşmiş müxalifəti noyabrın 1-də parlament binası qarşısına iki minə yaxın insan toplayıb, orada demək olar ki, bütün partiyalarınn liderləri oktyabrın 31-də keçirilən parlament seçkilərinin nəticələrini tanımadıqlarını bildiriblər və yeni seçki elan olunmasını tələb edirlər.
Müxtəlif partiyaların nümayəndələri tribunadan hakimiyyətin seçkiləri saxtalaşdırdığını bildirirlər.
Müxalifət bildirir ki, permanent etiraz aksiyalarına başlamağı planlaşdırır. Yeni seçki təyin edilməzsə, birləşmiş müxalifətin yeni seçilmiş parlamenti boykot etməsi ehtimalı haqda da danışılır.
Mərkəzi Rustaveli prospekti bağlanıb.
Parlament seçkilərinin nəticələri (bütün seçki məntəqələrində səslər sayılıb):