Gürcüstanda ilk dəfə olaraq koronavirus xəstəsi sağalıb. Laborator tədqiqat dünən aparılıb.
“Bu, çox sevindirici hadisədir. Amma qaydalara əsasən 24 saat ərzində təkrar tədqiqat aparılmalıdır. Əgər bu dəfə də ilk nəticə təkrarlanarsa, o zaman adamın həqiqətən sağaldığını demək olar”, – infeksion xəstəxananın tibbi direktoru Marina Ezuqbaya deyib.
Gürcüstanda ilk koronavirusa yoluxma halı fevralın 26-da qeyd olunub – Azərbaycan-Gürcüstan sərhədini keçərkən İrana səfər etmiş 50 yaşlı kişi saxlanılıb və xəstəxanaya yönləndirilib.
Hazırda Gürcüstanda 25 nəfər koronavirusa yoluxub, 314 nəfər karantin altındadır, 63 nəfər isə stasionar nəzarətdə saxlanılır.