Gürcüstanda ilk dərinsulu limanın inşası başlayıb. Fotoreportaj
Anakliyada (Qərbi Gürcüstan) dərinsulu limanın inşası üzrə işlər başlayıb.
Liman inşasında qurudakı işlər artıq 2017-ci ildən gedir, bu gün tikinti işləri dəniz xəttinə də keçib.
Anakliya limanı Gürcüstan üçün mühüm infrastruktur layihəsidir, çünki bu liman yüklərin Mərkəzi Asiyadan Avropaya ötürülməsi üçün vasitə olacaq. Gürcüstanın ilk dərinsulu limanı olan “Anakliya” Türkiyə və regionun digər ölkələrinin limanlarıı ilə ciddi şəkildə rəqabəət apara biləcək.
İqtisadiyyat naziri Giorgi Kobuliyanın bəyanatına əsasən, “ ‘Anakliya’ limanının inşası” layihəsinin həyata keçirilməsi ölkə iqtisadiyyatının yüksəlişi qarşısında dayanan iki maneəyə tutarlı cavab olacaq. Birincisi, Gürcüstanın coğrafi yerləşməsindən sərfəli yararlanmaq və onu logistika mərkəzinə çevirmək imkanı verəcək, ikincisi isə Gürcüstan dəniz dövləti kimi tam formalaşmış olacaq.
Anakliya sahilləri – limanın yerləşəcəyi ərazi texnika ilə dolub-daşır. Yaxın zamanda burada Gürcüstan üçün misilsiz işlər başlayacaq.
Dərinsulu işlərin əsas hissəsini yerinə yetirmək üçün Anakliya sahillərinə artıq dünyanın ən iri gəmilərindən biri olan “Atena” gəmisi yaxınlaşıb.
Mütəxəssislər “Atena” ilə dəniz dibini dərinləşdirməlidirlər. Bunun üçün dənizdən beş milyon kubmetr qum çıxarılmalıdır.
Çıxarılmış qumun yerini on kilometrlik damba və iki metr yarım uzunluğu olan meliorasiya kanalı tutacaq.
Suyun üzrində artıq iki yarım kilometr uzunluqlu nəhəng borular görünür, şaquli drenaj quraşdırılıb.
Dənizdən çıxarılan qum sahilə səpilib və bunun üçün 110 hektar sahəsi olan ərazi hazılanıb.
“Bu layihə miqyasına görə misilsizdir, onun həyata keçirilməsində müxtəlif ölkələrdən sərmayəçilər iştirak edir. Həm Gürcüstan, həm də xarici iqtisadçıların hesablamalarına görə, Anakliyanın inkişafı layihəsi 60 milyardlıq kontribusiya gətirəcək”, – Anakliyanın İnkişafı Konsorsiumunun banisi Mamuka Xazaradze deyir.
Anakliyada işlərin başlanması ilə bağlı rəsmi mərasimdə iqtisadiyyat naziri Giorgi Kobuliya bəyan edib ki, “Layihənin reallaşdırılması Gürcüstanın rəqabətə davamlılığını artıracaq”.
Yaxın iki ildə layihəyə 600 milyon dollar sərmayə yatırılıb. Layihə min beş yüz insanı işlə təmin edəcək. Layihənin reallaşdırılması ilə tenderdə qalib gələn dəniz infrastrukturları üzrə ixtisaslaşmış Van Oord Hollandiya şirkəti məşğul olur. Məhz bu şirkət Dubayda “Palma adası”nı inşa edib, Rotterdamda limanın genişləndirilməsi, ikinci Süveyj kanalının tikintisini həyata keçirib.
İnşaat işlərinin birinci fazası 2020-ci ildə başa çatacaq. Məhz o zaman Anakliya ilk gəmiləri qəbul edəcək. İnşaatın birinci fazası bitəndən sonra Gürcüstan 10000 konteynerli (TEU) “panamaks” və ya “postpanamaks” tipli gəmiləri qəbul edəcək, bu gün heç bir liman – nə Batumi, nə Poti – buna qadir deyil.
Plana əsasən, 2021-ci ildə Anakliya limanı bir milyona qədər TEU konteyneri və bir milyon yarım tona qədər ələnən yük qəbul edə biləcək.
• Anakliyada dərinsulu limanın inşası doqquz fazada nəzərdə tutulub. Layihənin ümumi dəyəri 2,5 milyard ABŞ dollarıdır. Aparılmış işlər nəticəsində Anakliyada dənizin dərinliyi 16 metrə qədər artırılacaq.