Gürcü tələbələri etiraz əlaməti olaraq Sxinvali regionunda canlı zəncir quraraq, orada gecələmək qərarını veriblər.
“İşğala son!”, “Rusiya işğalçıdır”, “Bizim torpaq bizim məsuliyyətimizdir”, “Stop Russia” – bu şüarlarla gənclər Rusiya işğalçı qüvvələrinin işğal xəttindəki əməllərinə qarşı etiraz aksiyası keçiriblər.
Məlum olduğu kimi, rusiyalı hərbçilər iyulun 3-də Qori bələdiyyəsinin Berşueti kəndi ərazisində qondarma sərhədin yanında banner quraşdırıblar. Nəticədə də Gürcüstanın nəzarəti altında olmayan ərazilərə bir neçə gürcü kəndlisinin şəxsi mülkiyyətində olan 10 hektar torpaq əlavə olunub.
İyulun 8-də tələbələr etiraz aksiyası keçirib. İşğal xətti yaxınlığında onlar Gürcüstanın milli bayrağını dalğalandırıblar və dövlət himninin ifa ediblər.
Etiraz aksiyası “Facebook”da planlaşdırılıb və dünyanı Rusiya tərəfindən Gürcüstan ərazisinin “sürünən işğalı” barədə məlumatlandırmaq məqsədini güdüb.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır.