Gürcüstanda belə şayiələr yayılıb ki, sovet istehsalı olan çəki daşlarının tərkibində platin var – bu haqda Gürcüstanın alqı-satqı saytında 16 və 32 kiloluq çəki daşlarının alışı haqqında elanın mətnini göstərən cyxymu bloqqeri yazır. Bu elanın mətninə inansaq, kimsə hər bir belə çəki daşına görə 500 dollar ödəməyə hazırdır. Bu zaman xalq arasında belə bir şayiələr gəzir ki, onların göndərildiyi Türkiyədə onları bir az da baha qiymətə satırlar.
Bu şayiələr ola bilsin, bu yaxınlarda idman zallarından çəki daşlarının oğurlanmasıyla bağlıdır – belə ki, məsələn, Ozerquti şəhərində ötən ay ərzində 4 çəki daşı oğurlanıb.
Demək olar ki, Gürcüstanın əhalisi bu cür şayiələrə uyandır: buna qədər müxtəlif məişət cihazlarının da tərkibində bahalı metalların olması haqqında söhbətlər gəzirdi. Xalq artıq köhnə “Saratov soyuducularının mühərriklərin və qədimi kömürlə işləyən ütülərin ovunu artıq arxada qoyub, yeri gəlmişkən, həmin ütülər iqtisadi böhran dövründə əntiq əşyalar sayılmır, məişətdə əməlli-başlı istifadə olunurdu.