Gürcüstanda bir neçə nazirlik ləğv olunub
Gürcüstanın yeni baş naziri Mamuka Baxtadze bu gün ilk dəfə keçirdiyi hökumət iclasında onun strukturunu təqdim edib.
Dəyişikliklərə əsasən, Gürcüstanda on dörd nazirlik əvəzinə onu və dövlət nazirinin aparatı fəaliyyət göstərəcək:
- Mədəniyyət və İdman Nazirliyi Elm və Təhsil Nazirliyi ilə birləşəcək.
- Cəzaların Tətbiqi və Probasiya Nazirliyi Ədliyyə Nazirliyinin tərkibinə keçir.
3. Qaçqınlar və işğal olunmuş ərazilərdən zorla köçürülmüş şəxslərlə iş nazirliyi ləğv edilib. Bu funksiya digər qurumlar arasında paylaşdırılıb: yerləşdirmə və yaşayış şəraitinin təmin edilməsi məsələləri ilə Regional İnkişaf və İnfrastruktura Nazirliyi məşğul olacaq, miqrasiya komponenti Daxili İşlər Nazirliyinə keçir, sosial məsələləri isə Səhiyyə Nazirliyi həll edəcək. Bu nazirliyin tabeliliyində olan Dini Məsələlər üzrə Agentlik isə barışıqlıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin tabeliliyinə keçir.
Yeni baş nazir Mamuka Baxtadze öz işinin prioritetlərindən biri kimi, kiçik və effektiv hökumətin yaradılmasını göstərir. Bu zaman o dəqiqləşdirmir ki, yenilənmiş nazirliklərə kim başçılıq edəcək. Onun sözlərinə görə, parlamentə təsdiq olunmaq üçün təqdim olunacaq yenilənmiş hökumətdə çox sayda yeni sima olacaq.
Brifinqdə verilmiş ilk sual ədliyyə naziri Tea Sulukiani barədə oldu. Vətəndaş cəmiyyəti nümayəndələri və müxalifət artıq bir neçə həftədir ki, onu istefasını tələb edir. Bir sıra qeyri-hökumət təşkilatları da ona qarşıdır. Hamısı da hesab edir ki, Sulukianinin vaxtında Gürcüstanın məhkəmə sistemində çox sayda problem yığılıb, onlar da Xorava küçəsində məktəblilərin qətli ilə bağlı işdə özünü çox aydın göstərdi.
- Baş nazir tərəfindən təqdim olunan dəyişikliklərin qüvvəyə minməsi üçün parlament qanunvericilikdə bir neçə dəyişiklik qəbul etməlidir. Struktur islahatarının həyata keçirilməsi üçün hökumət artıq bu gün parlamentə müraciət etmək niyyətindədir. Qanunvericiliyə müvafiq dəyişikliklər üzərində deputatlat bu həftə işləməyə başlayacaq.
- Baş nazir Mamuka Baxtadzenin iyunun 20-də təqdim etdiyi və parlamentin səs çoxluğu ilə təsdiq etdiyi hökumət müvəqqətidir. Təxminən iki həftə sonra Baxtadze tərkibində on dörd əvəzinə on bir nazirin olduğu kabinetin yeni tərkibini təqdim edəcək. Kimin nazir portfeli alacağı, Mamuka Baxtadzenin hökumətin “yeni simaları” dedikdə kimi nəzərdə tutduğu hələlik məlum deyil.
- Gürcüstan parlamenti Mamuka Baxtadzeni ölkənin baş naziri kimi təsdiq edib və onun iyunun 20-də təqdim etdiyi hökumətə etibarını bildirib.