Gürcüstanda artıq 23 koronavirusa yoluxma halı təsdiqlənib. Bu haqda məlumat stopcov.ge hökumət saytında yayılıb. Hələlik Romadan Tbilisiyə iki xüsusi reyslə gətirilənlər arasında aşkarlanan yoluxmuş şəxslərin Gürcüstan vətəndaşı olub-olmadığı bəlli deyil.
Hazırda 126 nəfər karantin altındadır, 46 nəfər stasionar klinikalarda müşahidə altında saxlanılır. Koronavirusa yoluxan 23 nəfərdən ikisinin vəziyyəti orta ağır kimi dəyərləndirilir.