2019-cu ilin əvvəlində Gürcüstana gələnlərin (həm turist kimi, həm də başqa səbəblərlə gələnlərin) çoxu Rusiyadan olub. Bu haqda Dövlət Statistika Departamentinin məlumatında deyilir.
“Sakstat”ın (Gürcüstat) məlumatına əsasən, 2019-cu ilin birinci rübündə Gürcüstana Rusiyadan 222.7 min nəfər gəlib ki, bu da ölkəyə gələnlərin ümumi sayının 21,4 faizini təşkil edir. 2018-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 24,3 faiz artıb.
İlin əvvəlindən milyon nəfər
Rusiyadan gələnlərin bu qədər çoxalması ölkəyə gələnlərin ümumi sayının artmaması fonunda baş verir.
2019-cu ilin birinci rübündə Gürcüstana gələn əcnəbi qonaqların sayı milyon nəfərə çatıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə cəmi 1,7 faiz çoxdur.
Beynəlxalq qonaqlar tərəfindən 0,9 milyon turist səfəri edilib (bu, ölkədə azı bir sutka qalmağı nəzərdə tutur), bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5 faiz çoxdur.
Gələnlər daha az pul xərcləyir
Statistika Departamentinin hesabatına əsasən, 2019-cu ilin birinci rübündə ölkəyə gələnlərin xərcləri 1,2 milyard lari (437 milyon dollara yaxın) təşkil edib, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15,2 faiz azdır.
Bununla yanaşı departamentin məlumatına görə, səfərə görə xərclərin orta həcmi ötən illə müqayisədə 16,1 faiz azalıb və 889,7 lari (323 dollar) təşkil edib.
Milli Statistika Xidmətinin dərc etdiyi məlumata əsasən, ölkəyə gələnlər ən çox pulu yeməyə və içkiyə sərf edir.