Gürcüstan: “Sevgi və cəza” – yetkinlik yaşına çatmayan qız necə sevgilisinə ərə getdi
“Ümumi tanışlarımız olub, təsadüfi görüşlərimiz olub, bir dəfə telefonla danışdıq və bir-birimizi sevdik”, – Mziuri Xmaladze rahatca danışır. Amma həyat hekayəsi o qədər də adi deyil.
O, 16 yaşında və hamının razılığı ilə ərə gedib. Amma yoldaşını “yetkinlik yaşına çatmayan qızla dəfələrlə cinsi əlaqəyə girdiyinə görə” mühakimə ediblər. Murad Surmanidze iki il müddətinə şərti cəza alıb, nə bir yerə gedə, nə də yaxşı iş tapa bilir.
Qalan məsələlərdə isə onlar öz böyük ailələrində xoşbəxtdirlər. Filmdə çoxlu musiqi və mahnı parçaları yer alıb.