Gürcüstan müxalifəti və QHT-ləri ölkənin xarici siyasi yönünün Konstitusiyaya daxil edilməsini tələb edir
Paylaşmaq
Paylaşmaq
Gürcüstan müxalifəti və QHT-ləri ölkənin NATO və Aİ-ə can atdığının Konstitusiya yazılmasını tələb edir.
“Konstitusiyanın preambulasında qeyd olunmalıdır ki, biz Avropa və avroatlantik ailənin fərdiyik, Aİ və NATO-ya üzv olmaq istəyirik, bu, ölkəmizin dünyadakı mövqeyidir. Hər kəsə göstərməliyik ki, bu bizim strateji və dəyişməz məqsədimizdir. Bundan başqa, müvafiq beynəlxalq təcrübə mövcuddur, bu tələb unikal deyil”, – “Avropa Gürcüstanı” fraksiyasından olan depulal Elene Xoştariya bildirib.
Yaxın zamanda Gürcüstanda Ali qanuna sözügedən dəyişiklikləri hazırlayacaq Konstitusiya komissiyası işə başlayacaq.
“Avropa Gürcüstanı”nın mövqeyini Gürcüstanın Respublikaçılar Partiyası da bölüşür. Partiya sədri Xatuna Samnidze bildirib ki, respublikaçılar hələ ötən çağırış parlamentdə eyni təşəbbüslə çıxış ediblər.
Amma parlamentdə çoxluq müxalifətin tələbilə razı deyil. “Gürcü arzusu”ndan olan deputat Zaxariya Kutsnaşvili bəyan edib ki, “Gürcüstanın Qərb yönlü olması Qərb dəyərlərinə hörmətdən irəli gəlir, ölkənin başqa yerdə coğrafi inkişaf imkanlarının olmamasından deyil”.
“Vətənpərvərlər Alyansı” müxalif partiyası həmkarlarının fikrinə şərik deyil. Partiyanın deputatı Ada Marşaniyanın rəyincə, Konstitusiyada ölkənin hərbi-siyasi bloklarda üzvlüyünün qeyd olunması yolverilməzdir.
Konstitusiyada ölkənin avroatlantik məkana can atmasının qeyd olunması ilə bağlı bəyanat “Avroatlantik Gürcüstan naminə” koalisiyası tərəfindən yayılıb. Gürcüstanın 23 aparıcı QHT-nin imzaladığı bəyanatda koalisiya Konstitusiya Komissiyasına Gürcüstanın Avropa və avroatlantik yönünün qeyd olunduğu formul təklif edir.