Gürcüstan Milli Bankı maliyyə piramidalarına qarşı informasiya kampaniyasına başlayıb
Paylaşmaq
Paylaşmaq
Maliyyə piramidalarından necə qorunmalı və ilk baxışdan çox cəlbedici olan təkliflər nə dərəcədə riskli ola bilər? Gürcüstan Milli Bankının prezidenti Koba Qvenetadze sentyabrın 4-də bu mövzuya həsr olunmuş video-çarxlar və məlumat bukletləri təqdim edib.
O, əhalini ehtiyatlı olmağa çağırıb və 2018-ci ili maliyyə maarifləndirməsi ili elan edib.
Qvenetadzenin sözlərinə görə, Milli Bank son zamanlar maliyyə piramidalarından ziyan çəkən qurbanların sayı çoxaldığı üçün informasiya kampaniyası keçirmək qərarına gəlib. O qeyd edib ki, yaxın zamanda vətəndaşların maliyyə risklərindən müdafiəsi məqsədi ilə qanunvericilikdə dəyişikliklərin edilməsi planlaşdırılır.
Milli bankın maliyyə piramidasını müəyyə etməyin yolunu izah edən video-çarxı:
Gürcüstan Milli Bankının Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun (SBFIC) dəstəyi ilə hazırladığı video-çarx və broşür insanlara maliyyə piramidalarının nə olduğunu, əmanətlərin düşünülməmiş investisiyasının nə dərəcədə risk daşıdığını, yüksək riskli piramida sxemlərini necə müəyyən etməyi və maliyyə itkilərindən necə çəkinməyi izah etmək üçün nəzərdə tutulub.
“Biz əhaliyə riskləri doğru dəyərləndirmək, bu və ya digər sahəyə sərmayə yatırmaq, mümkün qədər çox sual vermək, istənilən maliyyə qərarına tənqidi və məsuliyyətlə yanaşma qimkanı verən informasiyanı çatdırırıq”, – Milli Bankın prezidenti bildirib.