Fevralın 6-da Gürcüstanda restoranlar etiraz əlaməti olaraq özbaşına açılacaqlar
Paylaşmaq
Paylaşmaq
Gürcüstanda koronavirus pandemiyası səbəbilə həyata keçirilən məhdudiyyətlər üzündən hələ də bağlı olan restoranlar qadağaların müddətinin uzadılmasına etiraz əlaməti olaraq şənbə günü, fevralın 6-da özbaşına açılacaqlar.
Bu informasiyanı Restoranlar Assosiasiyasının rəhbəri Şota Burcanadze də təsdiqləyib.
Onun sözlərinə görə, fevralın 6-da 200-ə qədər restoran işləyəcək, amma böyük ehtimalla onların sayı artacaq.
Bu qərar haqda Qastronominya Assosiasiyasının rəhbəri Levan Kokiaşvili Facebook-da yazıb.
“Təəssüf ki, qonaqpərvərlikindurstriyasının gözləntiləri doğrulmadı. Ağıllı həll yolu tapmaq əvəzinə hökumət nümayəndələri ilə görüş təxirə salınıb. Bütün səylərə baxmayaraq, biz başqa çıxış yolu olmadığı üçün şənbə günü, fevralın 6-da restoranları açmaq qərarına gəldik.
Biz qərarımızın bütün aspektlərini dərk edirik və onu asanlıqla qəbul etməmişik”, – Kokiaşvili yazıb.
Gürcüstanda koronavirus pandemiyasına görə tətbiq edilən sərt məhdudiyyətlər çərçivəsində restoranlar noyabrın 28-dən işləmir.
Fevralın 1-dən hökumət bəzi məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlsə də, yumşalma kafe və restoranların açılmasına şamil edilməyib.
Bir dəfə restoratorlar artıq etirazlarını bildirmişdilər – onlar bir gün müştərilərə sifariş çatdırmaqdan imtina etmişdilər və dövlətdən tam açılmalarınıı tələb etmişdilər.
Artıq ikinci həftədir ki, hökumət administrasiyası binasının qarşısında müxtəlif məhdudiyyətlərin aradan qaldırılması tələbi ilə etiraz aksiyaları davam edir.