Gürcüstan: iqtidar partiyası və müxalifət lideri həm reytinqdə, həm də antireytinqdə ilk yerlərdədirlər
Gürcüstanda kimi dəstəkləyir və hörmət edirlər?
“Yerli özünüidarə orqanlarına seçkilər sabah olsaydı, siz kimə səs verərdiz?” – Gürcüstanda sosioloqlar belə sual veriblər və ölkədəki qütbləşməni aşkar təsvir edən cavablar alıblar.
“Gürcü arzusu” iqtidar partiyası və liderlik edən Vahid Milli Hərəkat müxalifət partiyası insanların mütləq səs verəcəkləri siyahısında birinci yerdədir. Amma eyni paryiyalar insanların dəqiq səs verməyəcəkləri siyahısına da öndərlik edirlər.
Aşağıda Beynəlxalq Respublika İnstitutu – Gürcüstan (IRI Georgia) təşkilatının həyata keçirdiyi tədqiqat əsasında siyasi seçimlər üzrə əsas rəqəmləri və nəticələri təqdim edirik.
Sorğu 2021-ci il iyunun 15-dən 30-a qədər (yəni seçkidən iki ay əvvəl) şəxsi müsahibələr formasında aparılıb. Sorğuda 1500 yetkin yaşda respondent iştirak edib. IRI-nin məlumatında əsasən, yanılma payı +/- 2,5 faiz təşkil edir.
● Seçki sabah olsaydı, respondentlərin dəstəkləyəcəyi partiyaların reytinqi: “Gürcü arzusu” iqtidar partiyası – 28 faiz, Vahid Milli Hərəkat Partiyası – 15 faiz, üçüncü yerdə keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan üçün” partiyasıdır – 9 faiz.
-
“Kimə səs verərdiz? – siyasi partiyaların reytinqi, tam siyahı
“Kimə səs verərdiz? – siyasi partiyaların reytinqi, tam siyahı
“Gürcü arzusu” – 28%
Vahid Milli Hərəkat – 15%
“Gürcüstan üçün”, Giorgi Qaxariya – 9%
Leyborist Partiyası – 3%
“Qoza – daha çox azadlıq”, Zurab Caparidze – 3%
“Aqmaşenebeli Strategiyası”, Giorgi Vaşadze – 2%
“Lelo” – 2%
“Vətənpərvərlər alyansı – 2%
“Vətəndaşlar”, Aleko Elisaşvili – 2%
“Millət”, Levan Vasadze – 2%
“Avropa Gürcüstanı” – 1%
“Xalq üçün”, Anna Dolidze – 1%
“Zaman”, elene Xoştaria – 1%
“Qirçi” (“Qoza”) – 1%
Digərləri – 1%
● “Hansı partiyanı heç bir şəraitdə dəstəkləməzdiz?” Burada da liderlər digər siyahıda olduğu kimidir – müxalif Vahid Milli Hərəkat və “Gürcü arzusu” iqtidar partiyası.
-
“Kimə səs verməzdiz” – siyasi partiyaların reytinqi, tam siyahı
10% – “Vətənpərvərlər Alyansı” – David Tarxan Mouravi, İrma İnaşvili;
8% – “Qirçi – daha çox azadlıq”
7% – Gürcüstanın Leyborist Partiyası
5% – Nino Burcanadzenin Demokratik Hərəkatı
4% – “Vətəndaşlar” – Aleko Elisaşvili
4% – “Aqmaşenebeli Strategiyası” – Giorgi Vaşadze
3% – “Gürcüstan üçün” – Giorgi Qaxariya
3% – “Avropa Gürcüstanı” – Qiqa Bokeriya
3% – “Lelo” – Mamuka Xazaradze, Badri Caparidze
2% – “Xalq üçün” – Anna Dolidze
2% – “Azad Demokratlar” – Tamar Kekenadze
1% – Respublika Partiyası – Xatuna Samnidze
Amma seçki bu bazar gününə təyin olunsaydı, respondentlərin 20 faizi kimə səs verəcəklərini bilməzdilər.
Gürcüstan əhalisi arasında ən çox etibara sahib olan şəxslər haqda
● Ənənəvi olaraq Gürcüstanda ən populyar və etibara sahib insan Gürcüstanın patriarxı İkinci İliya olub, əhalinin 88 faizi ona etibar edir.
Siyasətçilər arasında sorğu edilənlər ən nüfuzlular sırasında iqtidar komandasının üç hazırkı və keçmiş yüksək vəzifəli məmurunun adını çəkibblər. Bunlar hazırkı Tbilisi meri və oktyabr seçkilərində bu vəzifəyə yenidən namizəd olan Kaxa Kaladzedir (58 faiz), onun ardınca keçmiş baş nazir, az əvvəl öz müxalifət partiyasını yaradan Giorgi Qaxariya (56 faiz) və hazırkı baş nazir İrakli Qaribaşvili (40 faiz) gəlir.
IRI məlumatına əsasən, Milli Hərəkat radikal müxalifət partiyasının lideri və oktyabrda keçiriləcək yerli seçkilərdə Tbilisi merliyinə müxalif namizəd Nika Meliya 39 faizlik reytinqə sahibdir və etibar reyitinqində beşinci yeri tutur. Bu, onun iqtidardan olan rəqibinin reytinqindən təxminən 20 faiz aşağıdır.
*** IRI sorğusu aparıldığı zaman Gürcüstanı kölgədən idarə etdiyi hesab olunan oliqarx Bidzina İvanişvili və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ictimai xadimlər siyahısına daxil edilməyib.
Gürcüstan cəmiyyətində ən çox etibar edilən təşkilat və strukturlar
● İctimai institutlar reytinqində Gürcüstan ordusu liderlik edir (85 faiz). İkinci yerdə patriarxlıq – (80 faiz), üçüncü yerdə “Ədliyyə Evi” (dövlət xidmətlərinin geniş spektrini təqdim edən qurum) – (76 faiz), daha sonra isə polisdir (65 faiz).
Etibar siyahısında beşinci yerdə Gürcüstan mediasıdır (55 faiz) ki, reytinqdə hökumət və baş naziri geridə qoyub.
Gürcüstanda düşmən kimdir, ölkədə demokratiya nə vəziyyətdədir və digər suallar
● Respondentlərin əksəriyyəti Rusiyanı əsas təhlükə, Birləşmiş Ştatları isə yaxşı tərəfdaş adlandırıb.
● Vətəndaşların 60 faizi hökumətin COVID-19 pandemiyasına reakdiyasından məmnundur.
● Respondentlərin 75 faizi böyük ehtimalla səsvermə günü seçki məntəqələrinə gedəcəklər.
● Əhalinin 64 faizi ölkədə əsas problemlər sırasında iqtisadi vəziyyəti və işsizliyi göstərir. Eyni sual üzrə 45 faiz üçün əhalinin əsas problemi yenə də iqtisadi problemlər, həyatın bahalığı və yüksək qiymətlərdir. 22 faiz üçün ölkənin əsas problemi yoxsulluqdur.
● 77 faiz hesab edir ki, koalisiya hökuməti Gürcüstanda demokratiya üçün səmərəli ola bilər.
● Əhalinin 53 faizi MSK-nın keçirdiyi seçkilərin etibara layiq olduğunu düşünmür.