Gürcüstan dünyada söz azadlığının səviyyəsinə görə 64-cü, Ermənistan 79-cu, Azərbaycan 162-ci yerdədir
Nüfuzlu “Sərhədsiz reportyorlar” təşkilatının hər il hazırladığı dünyada söz azadlığının vəziyyəti reytinqinə ümumilikdə 198 ölkə düşüb. Gürcüstan, Ermənistan və Azərbaycan bu reytinqdə müvafiq olaraq 64, 79 və 162-ci yerləri tutublar.
Lider üçlüyü olan ölkələr Norveç, İsveç və Finlandiyadır.
Siyahının sonunda Şimali Koreya, Eritreya və Türkmənistan gəlir.
Hesabatın müəllifləri dünyada həyəcanlı tendensiyaları qeyd edir: media nəşrlərinə və jurnalistlərə münasibətdə aqressiya, söz azadlığının boğulması və avtoritar rejimlərin möhkəmlənməsi. Son beş il ərzində bu cür halların sayı 14,4 faiz artıb.
Söz azadlığı sahəsində vəziyyətin pisləşməsi tədqiq olunan ölkələrin az qala üçdə ikisində qeyd edilir. Özü də bu tendensiyalar demokratik ölkələrdə daha aydın özünü büruzə verir.