Gürcüstan dəmiryolu ilə taxılın daşınması xərclərini Ermənistan üçün yarıbayarı endirəcək
Ermənistan və Gürcüstan dəmiryolu ilə taxıl bitkilərinin daşınmasına görə 52 faizlik endirimlə bağlı razılığa gəlib. Tranzitə görə endirim sentyabrın 1-dən qüvvəyə minib. Bu haqda Ermənistanın nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan bildirib.
Bu, Ermənistan üçün çox vacibdir, çünki sentyabrın 15-dən Gürcüstan öz avtomobil yolları ilə buğda və buğda-çovdar unu daşınmasına qadağa tətbiq edəcək. Və bu qərar bütün ölkələrə aid olunacaq. Bununla əlaqədar olaraq Ermənistan çörəyin qiymətinin bahalaşacağından ehtiyat edirdi. Ölkələr arasında yeni razılaşma problemin həllinə şərait yaradacaq.
Aşot Akopyan bildirib ki, bu böyük endirim Ermənistan yük daşıyıcılarına buğdanın hər tonunda 24 dollar qənaət etməyə imkan verəcək:
“Bundan başqa, bəzi hallarda avtonəqliyyatdan istifadənin mümkünlüyü ilə bağlı qanundakı müddəanın konkretləşdirilməsi ilə bağlı biz Gürcüstanla danışıqlar aparırıq. Məsələn, onların məhz hansı halları nəzərdə tutduqlarını və bu halların Ermənistana necə tətbiq edilə biləcəyini konkretləşdirməyə çalışırıq”.